OKİ Hospital

Klinika xəbərləri

Ürək-damar xəstəlikləri ilə birgə mübarizə.

Azərbaycan kardiologiya cəmiyyətinin invaziv işçi qrupunun Qusar regional toplantısı.

22 iyun tarixində OKİ Hospitalın Ürək-Damar Mərkəzində Azərbaycan kardiologiya cəmiyyətinin invaziv işçi qrupunun Qusar regional toplantısı keçirildi. Toplantıda kəskin miokard infarktının erkən diaqnostikası, onun medikamentoz və invaziv üsullarla müalicəsindən bəhs edildi.

Bu işdə təcili yardım həkimlərinin, terapevtlərin və digər ixtisas həkimlərinin vəzifələri detallı izah edildi.