OKİ-DƏ CƏRRAHİ GİNEKOLOGİYA
· Hər növ ginekoloji əməliyyatların aparılması
· Mütəxəssis səviyyəli avadanlıqlar
· Müxtəlif ixtisaslı mütəxəssislərin birgə işi
· Sürətli bərpa dövrü ilə minimal invaziv cərrahiyyə
· Xəstələrə fərdi yanaşma
· Rahat stasionar
Minimal invaziv cərrahiyyə xəstənin bədəninə müdaxilə sahəsini minimuma endirir, minimal toxuma zədələnməsi və sürətli bərpa dövrü ilə müşayiət olunur. Klinikada geniş spektrli minimal invaziv cərrahi əməliyyatlar aparılır.
Kiçik ginekoloji əməliyyatlar:
· Servikoskopiya
· Uşaqlığın diaqnostikası və müalicəsi ilə histeroskopiya
· Radio dalğa enerjisinin köməyi ilə uşaqlıq boynu xəstəliklərin müalicəsi
Vaginal yolla müdaxilə:
· Miomektomiya
· Histerektomiya
· Vaginal divar və perineumun plastikası
· Qeysəriyyə əməliyyatı sonrası yara izinin uyğunsuzluğunun düzəldilməsi
· Bartolin vəzi kistalarının konservativ və cərrahi müalicəsi
Laparoskopik üsulla müdaxilə (5-10 mm kəsiklə):
· Yumurtalıq kistlərinin çıxarılması
· Uşaqlıq borularının plastikası
· Xarici genital endometriozun çıxarılması
· Uşaqlıq borularının keçiriciliyinin yoxlanılması (histerosalpinqoqrafiya)
· Sonsuzluq zamanı əməliyyatlar
· Histerektomiya
SERVİKOSKOPİYA
Servikoskopiya- ginekologiyada instrumental diaqnostikanın ən məlumatlı metodlarından biridir. Tədqiqat, optik sistemdən istifadə edilərək həyata keçirilən uşaqlıq boynunun müayinəsidir. Ginekoloq nazik servikoskopdan istifadə edərək , vizual olaraq selikli qişanın vəziyyətini qiymətləndirir, patologiyaları, onların ölçülərini və dəqiq yerini müəyyən edir. Prosedur tamamilə ağrısızdır, təxminən 10 dəqiqə davam edir və lokal anesteziya altında aparılır.
Müayinənin köməyi ilə aşağıdakı simptomsuz xəstəlikləri də müəyyən etmək mümkündür:
· Endometrioz
· Bədxassəli neoplazmalar
· Uşaqlıq boynunun polipləri, kistaları, papillomaları
· Aşkarlanan simptomlar olmadan xərçəng öncəsi vəziyyət
· Endoservikal epitel hiperplaziya