Cərrahiyyə

Cərrahi ginekologiya


OKİ-DƏ CƏRRAHİ GİNEKOLOGİYA


·          Hər növ ginekoloji əməliyyatların aparılması         


·          Mütəxəssis səviyyəli avadanlıqlar         


·          Müxtəlif  istiqamətli  mütəxəssislərin birgə işi         


·          Sürətli bərpa dövrü ilə minimal invaziv cərrahiyyə         


·          Xəstələrə fərdi yanaşma         


·          Rahat stasionar        



Minimal invaziv cərrahiyyə xəstənin bədəninə müdaxilə sahəsini minimuma endirir, minimal toxuma zədələnməsi və sürətli bərpa dövrü ilə müşayiət olunur. Klinikada geniş spektrli minimal invaziv cərrahi əməliyyatlar aparılır.


Kiçik ginekoloji əməliyyatlar:


·          Servikoskopiya         


·          Uşaqlığın diaqnostikası və müalicəsi ilə histeroskopiya             


·          Radio dalğa enerjisinin köməyi ilə uşaqlıq boynu  xəstəliklərin müalicəsi         



Vaginal yolla müdaxilə:


·          Miomektomiya         


·          Histerektomiya         


·          Vaginal divar və perineumun plastikası         


·          Qeysəriyyə əməliyyatı sonrası yara izinin uyğunsuzluğunun düzəldilməsi         


·          Bartolin vəzi kistalarının konservativ və cərrahi müalicəsi         



Laparoskopik üsulla müdaxilə (5-10 mm kəsiklə): 


·          Yumurtalıq kistlərinin çıxarılması         


·          Uşaqlıq borularının  plastikası         


·          Xarici genital endometriozun çıxarılması         


·          Uşaqlıq borularının keçiriciliyinin yoxlanılması (histerosalpinqoqrafiya)         


·          Sonsuzluq zamanı əməliyyatlar        


·          Histerektomiya         


SERVİKOSKOPİYA

Servikoskopiya- ginekologiyada instrumental diaqnostikanın ən məlumatlı metodlarından biridir. Tədqiqat, optik  sistemdən  istifadə edilərək  həyata keçirilən uşaqlıq boynunun müayinəsidir. Ginekoloq  nazik  servikoskopdan istifadə edərək , vizual olaraq selikli qişanın vəziyyətini qiymətləndirir, patologiyaları, onların  ölçülərini və  dəqiq yerini müəyyən edir. Prosedur tamamilə ağrısızdır, təxminən 10 dəqiqə davam edir və lokal anesteziya altında aparılır.


 Müayinənin  köməyi ilə aşağıdakı  simptomsuz xəstəlikləri də müəyyən etmək mümkündür:


·          Endometrioz         


·          Bədxassəli neoplazmalar        


·          Uşaqlıq boynunun polipləri, kistaları, papillomaları       


·          Aşkarlanan simptomlar olmadan xərçəng öncəsi vəziyyət         


·          Endoservikal epitel hiperplaziya