Həkimlər

Dr. Samir Qurbanov

Mammoloq, konsultant

1998-2004-cü illərdə Azərbaycan Tibb Universitetində təhsil almışdır.


2004-2006-cı illərdə Sankt-Peterburq Tibbi Akademiyasında klinik ordinatura keçmişdir.


2006-2008-ci illərdə Sankt-Peterburq N.N. Petrov adına Elmi-Tədqiqat İnstitutunda aspirantura təhsili almışdır.


2008-2010-cu illərdə Milli Onkologiya Mərkəzində böyük laborant vəzifəsində çalışmışdır.


2008-2015-ci illərdə Milli Onkologiya Mərkəzində kiçik elmi işçi vəzifəsində çalışmışdır.


2015-ci ildən Milli Onkologiya Mərkəzində  elmi işçi vəzifəsində çalışmaqdadır.


2008-ci ildə Rusiyanın Sankt-Peterburq şəhərində "Süd vəzi xərçəngində orqanqoruyucu müalicədən sonra yerli-regional residiv və sonrakı metastazların risk faktorları"mövzusunda  namizədlik dissertasiyasını müdafiə etmişdir.