"Sübuta Dayanıqlı Klinik Təbabət" Konfransı
20 noyabr 2021-ci il tarixində QUSAR RAYONU OKİ KLİNİKASINDA "Sübuta Dayanıqlı Klinik Təbabət" Konfransı keçiriləcək. Konfransın keçirilməsində məqsəd konkret vəziyyət, xəstəlik, sindrom və ya hər hansı klinik situasiya zamanı tibbi yardım göstərilməsi üzrə sübutlu təbabət prinsiplərinə əsaslanan tövsiyələrdən istifadənin aşılanması, kardiologiya və radiologiya sahəsində dünya standartları və yeniliklərin müzakirəsi,tibb işçilərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsini təmin etməkdən ibarətdir. Keçiriləcək konfransda pediatriyada müasir nəzəri və praktiki yanaşmalar, ən son elmi tədqiqatların nəticələri, həmçinin ana-uşaq sağlamlığının qorunması, ana və uşaq ölümlərinin qarşısını vaxtında almaq üçün atılacaq addımlar müzakirə olunacaqdır.
YER: QUSAR RAYONU - OKİ KLİNİKASI
ƏLAQƏ: 050 243 86 71