28 Noyabr 2021 tarixində OKİ CLİNİC-də İkinci Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri, qazilər və müharibə iştirakçıları üçün Açıq qapı aksiyası keçirilmişdir.
28 Noyabr 2021
tarixində OKİ CLİNİC-də İkinci Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri,
qazilər və müharibə iştirakçıları üçün Açıq qapı aksiyası keçirilmişdir.
Azərbaycan Tibb
Universitetinin Onkoloji Klinikası və OKİ Klinikasının birgə təşəbbüsü ilə Bakı
şəhərinin müxtəlif klinikalarında çalışan 18 ixtisas üzrə 32 könüllü həkimin
iştirakı ilə 200 dən artıq şəhid və qazi ailələrinin müayinə aksiyası baş
tutdu. Aksiya çərçivəsində OKİ klinikasında KT, MRT, USM və digər diaqnostik və
laborator müayinələr olunmaqla yanaşı müalicəyə ehtiyacı olan xəstələr həkimlər
tərəfindən 65 adda müxtəlif qrupda dərman preparatları ilə təmin olundular. Həmçinin
müxtəlif sahələr üzrə cərrahi əməliyyata ehtiyacı olan xəstələrin tam ödənişsiz
əməliyyat olunması üçün də qeydiyyat aparıldı.
Aksiya Qusar
rayonu İcra Hakimiyyətinin informasiya dəstəyi ilə baş tutmuşdur.
Aksiyanın
keçirilməsində əməyi keçən hər kəsə dərin təşəkkürümüzü bildiririk.