OKİ Hospital

Klinika xəbərləri

"VARİKOZA SON" ADLI AÇIQ QAPI AKSİYASI

Düzgün diaqnoz varikozla mübarizədə birinci addımdır.

08.05.2024 tarixində OKİ Hospitalda keçirilən "VARİKOZA SON" adlı Açıq qapı aksiyası uğurla başa çatdı. Aksiya çərçivəsində 27 nəfər ürək-damar cərrahı Dr. Fariz İsayevin qəbulu və aşağı ərafların ultrasəs doppleroqrafiyası xidmətindən tam ödənişsiz yararlana bildi.


Ayaqlarda ağırlıq hissi və ya ağrı, ayaqların yorulması, ödemi, qıcolması (xüsusilə gecə qıcolmaları), venaların genişlənməsi, ayaqlarda damar toru və trofik pozğunluqlar ayaq dərisinin tündləşməsi və dərialtı piy toxumasının qalınlaşması kimi şikayətləriniz varsa vaxtında həkimə müraciət edin. Unutmayın ki, ən yaxşı müalicə - profilaktikadır.


Ürək-damar cərrahı Dr. Fariz İsayevin qəbuluna yazılmaq üçün:

*0038 (Çağrı mərkəzi)

+994 50 597 16 47

+994 23 385 29 15