OKİ Hospital

Klinika xəbərləri

OKİ klinikası beynəlxalq iştirakla onlayn konfrans

«ANTİKOAQULYANT TERAPİYADA BEYNƏLXALQ TƏCRÜBƏ. AZƏRBAYCAN ÜÇÜN YOL XƏRİTƏSİ KONFRANSI»

- Tədbir 17 mart tarixində onlayn formatda keçiriləcəkdir. Başlanma vaxtı: saat 10:00 (Bakı vaxtı)


- Təşkilatçılar: OKİ tibb klinikası, EBRD SBIF - Avropa Yenidənqurma və İnkişaf Bankının Kiçik Biznesə Dəstək Fondu.


- Tərəfdaşlar: “Portavita Health” MMC, Azərbaycan-Almaniya SƏHHƏT klinikası.


- Tədbirdə AYİB, AR Səhiyyə Nazirliyi, İTS Dövlət Agentliyi, Beynəlxalq Səhiyyə Təşkilatının AR nümayəndəliyi və Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirilməsi İnstitutunun nümayəndələri iştirak edəcəklər.


- Tədbir iştirakçılarına beynəlxalq sertifikatlar təqdim olunacaq.


- Biletin qiyməti – 50 AZN




Konfransda antikoaqulyant və antiaqreqant terapiya üzrə Avropa və Rusiya təcrübəsi, müalicənin səmərəliliyi, təhlükəsizliyi və keyfiyyətinin artırılmasına səbəb olan uzadılmış antitrombotik terapiyanın klinik farmokologiyası sahəsində müasir bilik və təcrübələr, müasir antikoaqulyant dərman preparatlarının risk və faydaları kimi məsələlər diqqət mərkəzində olacaqdır. Forumun zəngin proqramı çərçivəsində iştirakçılar elmi tədqiqatlar və tibb texnologiyaları sahələrində təcrübə mübadiləsi apara, öz ixtisaslarını artıra biləcəklər. Yeni məruzəçilər haqqında məlumatlı olmaq üçün saytımızı izləyin.




Konfrans çərçivəsində "Novruz: nikbinlik bayramı" foto müsabiqəsi keçiriləcək.