23 aprel 2025-ci il tarixində Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri cənab İssam bin Saleh əl-Cuteyli rəsmi səfəri çərçivəsində Qusar rayonunda yerləşən OKİ Hospitala baş çəkmişdir.
23 aprel 2025-ci il tarixdə Səudiyyə Ərəbistanı Krallığının səfiri İssam bin Saleh əl-Cuteyli Qusar rayonuna səfər etmişdir.
Səfər çərçivəsində hörmətli qonaq əvvəlcə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanovla görüşüb. Görüş zamanı İcra başçısı Səudiyyə Ərəbistanı-Azərbaycan dostluq və əməkdaşlıq əlaqələrinin inkişafından söz açaraq, səfirə rayonun tarixi, coğrafi mövqeyi, turizm potensialı, ictimai-siyasi və sosial-iqtisadi həyatı barədə ətraflı məlumat verib. Görüşdə həmçinin, iki ölkə arasında əməkdaşlıq perspektivləri, işgüzar əlaqələrin möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparılmışdır.
Rayona səfəri çərçivəsində səfir İssam bin Saleh əl-Cuteyli OKİ Hospitalla da tanış olmuşdur. Səfir rayon səhiyyə müəssisələrində yaradılmış müasir infrastruktur, pasiyentlər üçün təmin olunmuş şərait və göstərilən tibbi xidmətlərlə yaxından tanış olub. O, Qusarda səhiyyənin inkişaf səviyyəsini yüksək qiymətləndirib və göstərilən səmimi qəbula görə minnətdarlığını bildirib.
Bu səfər, gələcəkdə səhiyyə sahəsində mümkün əməkdaşlıq üçün əhəmiyyətli bir addım kimi qiymətləndirilir.