OKİ Hospital

Klinika xəbərləri

Xəstələrin distant müalicəsi üçün yeni layihə

«Antikoaqulyasiya», «Управление сердечно-сосудистыми рисками», «Сахарный диабет», «Профилактика вторичных инсультов».

"OKİ" klinikası 2020-ci ilin noyabr ayından etibarən “İkincili insultun profilaktikası” modulu üzrə xəstələrin distant müalicəsi üçün yeni layihəyə start verib.
Bu modul Portavita səhiyyə platformasında hazırlanmışdır. Portavita proqram həlləri Niderland Krallığında yaradılıb, müasir Avropa protokollarına əsaslanır, qabaqcıl tibb universitetləri tərəfindən klinikalarla sıx əməkdaşlıq şəraitində inkişaf etdirilib və qəbul olunmuşdur. Portavita "İkincili insultun profilaktikası" modulu həkimlərə və xəstələrə antikoaqulyant terapiyanın dozasını və müalicəsini təyin etməyə kömək edir.
Azərbaycan əhalisinin ölüm səbəblərinin birincisi ürək-damar xəstəlikləri olaraq qalır. İnsulta düçar olanların yaşı cavanlaşır və sayı artır.
Xəstədə insulta səbəb olan risk faktoru aradan qaldırılmadıqda və ya mümkün qədər korreksiya edilmədikdə təkrar kəskin serebrovaskulyar pozğunluğu riski artır. Təkrar insult xəstələrin 32.1 %-də baş verir, onların 50% -i birinci il ərzində ikincili insult keçirir. Təkrar insult birincidən daha ağır keçir, çox vaxt ölümlə nəticələnir, nevroloji funksiyaların pozulma dərəcəsi və invalidizasiya səviyyəsi ilk epizodla müqayisədə daha yüksək olur.
 “İkincili insultun profilaktikası” modulu – insult keçirmiş xəstələrin fasiləsiz monitorinqi, nəzarəti və xəstələrin ikincili profilaktikası üçün yaradılmış profilaktik proqramdır. Proqramın məqsədi – təkrar baş verə biləcək insultların riskini azaltmaqdır. Modulun texniki imkanları – insult keçirmiş bütün xəstələrin hədəf qrupunun əhatə olunması, fasiləsiz monitorinqi və vəziyyətin milli və regional səviyyədə qiymətləndirilməsidir. 
"İkincili insultun profilaktikası" Modulu:
 Hər aşkarlanmış risk faktoru üçün medikamentoz və qeyri medikamentoz profilaktik təyinatları və həkim qəbulu vaxtının təyini üçün köməkçi vasitə
 Tibb müəssisələrində mütəxəssislər arasında informasiya mübadiləsi platforması
 Təkrar insultların profilaktikası və müalicəsində elmi-tədqiqat axtarışlarının aparılması üçün analitik vasitə