OKİ Hospital

Klinika xəbərləri

"Burunətrafı ciblərin radiologiyası və cərrahiyyəsi" mövzusunda dəyirmi masa

OKİ Hospitalda həkimlər üçün dəyirmi masa keçirildi.

OKİ Hospitalda həkimlər üçün "Burunətrafı ciblərin radiologiyası və cərrahiyyəsi" mövzusunda dəyirmi masa keçirildi.

Tədbirdə mövzu üzrə geniş elmi müzakirələr aparıldı, klinik hallar üzərində təcrübə mübadiləsi oldu.


Məruzəçilər:

Dr. İlham Kərimov, Radioloq, OKİ Hospital

Uzm. Dr. Elnur Əkbərov, otorinolarinqoloq, Prime Hospital

Prof. Vəfa Pənahian, ATU-nun qulaq, burun və boğaz xəstəlikləri kafedrasının müdiri.


Bu kimi görüşlər həkimlərimizin bilik və təcrübələrinin artırılmasına, eləcə də pasiyentlərə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.


OKİ Hospital olaraq, tibb sahəsində elmi tədbirlərə dəstək verməyə davam edəcəyik!