OKİ Hospital

Klinika xəbərləri

OKİ Hospitalın invaziv kardiologiya və ürək-damar cərrahiyyə mərkəzinin tibb personalı üçün təlim keçirildi.

“Amerika Ürək Assosiasiyasının” Azərbaycandakı beynəlxalq təlim mərkəzi olan “Medic School Training Center” tərəfindən BLS protokolu üzrə təlim

18.06.2024-ci il tarixində OKİ Hospitalın invaziv kardiologiya və ürək-damar cərrahiyyə mərkəzinin tibb personalı üçün “Amerika Ürək Assosiasiyasının” Azərbaycandakı beynəlxalq təlim mərkəzi olan “Medic School Training Center” tərəfindən BLS protokolu üzrə təlim keçirilmişdir.

Təlimdə körpələrdə və böyüklərdə huşun qiymətləndirilməsi, ürək dayanmalarında CPR (ürək ağciyər reanimasiyası) tədbirləri, AED (avtomatik xarici defibrilyator) cihazından istifadə qaydaları, effektiv komanda işi, tənəffüs dayanmalarında ilkin müdaxilələr, döş ağrılarının idarə olunması və s. mövzular üzrə iştirakçılara geniş məlumat verilib.

Tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədi ilə keçirilən təlimdə xüsusi tibbi avadanlıqlardan istifadə olunub.