OKİ Hospital

Klinika xəbərləri

Ultrasəs aparat -GE Voluson E10 BT 19

OKİ klinikasında yeni ultrasəs aparat -GE Voluson E10 BT 19


Voluson E10 ultrasəs sistemi bu gün mövcud olan ən yaxşı ultrasəs aparatlarından biridir və klinik mütəxəssislərə qadınların tibbi xidmətini maksimum dərəcədə artırmağa imkan verir. Innovativ HDlive Silhouette və HDlive Flow proqram təminatları : HDlive Silhouette istifadəçilərinə daxili və xarici anatomik quruluşu araşdırmağa imkan verir . Bu xüsusən, həkimlər üçün hamiləliyin ilk üç aylıq dövründə, beyin formalaşmasını, ətrafların inkişafını, kəllə sümükləri və üz əzələlərini qiymətləndirmək üçün çox vacibdir. HDlive Flow HDlive'yi 3D / 4D rəngli doppler təsvir ilə tamamlayır . Damarların dəqiq və ətraflı həcmli vizualizasiyasını təmin edən bu texnologiya, onları müxtəlif proyeksiyalarda görməyə imkan verir. Ultrasəs sistem yeni nəsil- Hdlive müasir proqram təminatına malikdir. 2011-ci ildən Voluson ultrasəs sistemlərində tətbiq olunan yeni texnologiya- HDlive , ultrasəs tibb sahəsində inqilabi bir kəşf oldu. HDlive , 3D / 4D vizual rejimdə realistik, yüksək keyfiyyətli təsvirlər əldə etmək imkanı verir. Nüfuz dərinliyi hərəkətli işıq mənbəyinin istifadəsi sayəsində artır. Yenilikçi 4D texnologiyasının istifadəsi, dölün ürəyinin görüntüləmə keyfiyyətini qəti şəkildə dəyişdirir. Yeni 4D matris sensor datçik hamiləliyin ilk trimestrindən dölün daha yüksək kadr dərəcəsi ilə əhəmiyyətli dərəcədə keyfiyyətli görüntülərini əldə etməyə imkan yaradır. Həqiqi vaxtda iri həcmli görüntüləmə hərəkətlə bağlı artefakların qarşısını almağa kömək edir. İnnovativ HDlive Silhouette proqramı xarici və daxili anatomik quruluşların müayinəsi zamanı mütəxəssisin imkanlarını əhəmiyyətli dərəcədə genişləndirməyə imkan verir. Bu fürsət hamiləliyin birinci trimestrində - ilk üç aylıq dövründə, mütəxəssislərin gələcək uşağın kəllə sümüklərinin, üz əzələlərinin, ətrafların əmələ gəlməsinin və uşağın beyninin formalaşmasının düzgünlüyünü qiymətləndirən zaman olduqca vacibdir. Əlavə Flow sistemi, HDLive texnologiyasının rəngli doppler şəklindəki 3D / 4D şəkillərini damarların görmə qabiliyyətinin yaxşılaşdırılması səbəbindən damar quruluşlarının realizasiyasını nümayiş etdirmək üçün tamamlayıcı rolunu oynayır. Voluson E10 sisteminin üstünlükləri : • Mükəmməl 2D və 3D / 4D təsvirlər • DÖRD qat genişləndirilmiş skan etmə qabiliyyəti nəticəsində daha unikal təsvir əldə etmək imkanı • Aydın vizuallaşma, artan şüa nüfuz dərinliyi • Qəbul edilmiş məlumatların ötürülmə sürətində ON qat artım, bu da yüksək tezlikli kadrlar əldə etməyə imkan verir • İş prosesini xeyli optimallaşdıran işləmə gücündə DÖRD qat artım.