ОKI Hospital 1997-ci ildən fəaliyyət göstərən və 27 ildən çoxdur ki, tibb sahəsində öz lider mövqeyini qoruyub saxlayan, Azərbaycanın ilk özəl tibb klinikalarından biri kimi tanınır. OKİ klinikası əhaliyə tibbi-profilaktik, müalicəvi-diaqnostik, konsultativ və reabilitasiya xidmətləri göstərir. Hal-hazırda hospitalda 40-dan artıq istiqamətdə tibbi xidmətlər təqdim olunur.
Həkim heyətimiz daim öz üzərində çalışan, beynəlxalq və regional konfranslarda iştirak edən təcrübəli peşəkarlardan ibarətdir. Bütün müayinələr beynəlxalq standartlara uyğun aparılır.
İlk xəstəmizi qəbul etdiyimiz andan etibarən yüksək peşəkarlıq səviyyəsi, işlərinə məhəbbət və yaradıcı həvəslə yanaşan bir komanda yaratdıq. Biz bütün iş təcrübəmizi, tibbin yeniliklərini və müasir apparat komplekslərinin imkanlarını sizin etibarınızı qazanmaq üçün bir araya gətirərək çalışırıq.
ОKI Hospitalın fəaliyyəti müasir müalicə və bərpa yollarına əsaslanır.
Ən vacib komponentlər bunlardır:
⚬ Texnologiyalar - ən ciddi xəstəlikləri müalicə etmək qabiliyyəti.
⚬ Avadanlıqlar - nə qədər müasirdirsə, diaqnoz daha sürətli və daha dəqiq olacaqdır.
⚬ Həkimlər – həkimlərin təcrübələri, vərdişləri və ən son müalicə metodları haqqında məlumatlı olmaları
Xəstələrə təklif olunur:
⚬ Bölgənin ən yaxşı həkimlərinin konsultasiyaları
⚬ Yüksək dəqiqlikli avadanlıqlarda diaqnostika
⚬ Müxtəlif növ xəstəliklərin müasir cərrahi yolla müalicəsi
⚬ Kompleks Check-Up müayinələr
ОKI Hospitalın xidmətləri:
⚬ Mütəxəssis-həkimlərin konsultasiyaları
⚬ Diaqnostika
⚬ Cərrahiyyə
⚬ Tibbi sığorta
⚬ İstehsalat təbabəti
⚬ Evdə stasionar
⚬ Evə həkim çağırışı