Cərrahiyyə

Anesteziologiya və reanimasiya

ОKI Hospital  anestezioloqun əsas prioriteti xəstənin təhlükəsizliyidir. Həkimlər əməliyyat öncəsi diaqnoza diqqətlə yaxınlaşır, xəstənin mövcud vəziyyəti üçün optimal olan anesteziya növünü seçirlər. Xəstənin vəziyyətinin təhlükəsiz olması və anesteziyadan oyandıqdan sonra mümkün qədər özünü rahat hiss etməsi üçün, anestezioloq əməliyyatdan əvvəl, əməliyyat zamanı və əməliyyat sonrası xəstənin vəziyyətini daim nəzarətdə saxlayır.


ОKI Hospitalda anesteziologiya


·         Hər növ anesteziya

·         Anesteziya və tənəffüs aparatlarının tam kompleksi

·         Anestezik yardımın müasir üsulları

·         Orqanizmin bütün həyati funksiyalarının sutka ərzində monitorinqi

·         Beynəlxalq keyfiyyət standartlarına uyğunluq

·         Tam təchiz olunmuş reanimasiya və intensiv terapiya şöbələri


Anestezioloqun işi əməliyyatdan əvvəl xəstənin fərdi xüsusiyyətləri, instrumental və laboratoriya diaqnostikası haqqında tam, dolğun məlumatlar topladıqdan sonra başlayır. Əldə edilmiş məlumatlara əsasən həkim anestezioloq detallı olaraq uyğun anesteziya növünü seçir, xəstəyə əməliyyata hazırlığın bütün mərhələlərini izah edir və anesteziyanın tətbiqi və təsir üsulları haqqında xəstəni məlumatlandırır. Əməliyyat günü anestezioloq xəstənin rifahını mütləq şəkildə yoxlayır, əməliyyatın başlanğıcından oyanışadək, xəstə palataya köçürülənədək, bütün dövr ərzində xəstəni müşayiət edir.


Anestetik yardımın düzgün seçilmiş həcmi və növü aşağıdakıları təmin edir:


.  Bədənin funksional vəziyyətinin təhlükəsizliyi və sabitliyi

.  Ağrının tam kəsilməsi

.  Sürətli bərpa və normal həyata qayıdış


ОKI Hospitalda anesteziyanın növləri


Spinal, epidural anesteziya - bu zaman onurğa kanalına yeridilmiş yerli keyləşdirici məhlulun təsirindən impuls ötürücülüyü onurğa beyni səviyyəsində bloklanmış, nəticə etibarilə onurğa beyninin anesteziya hissəsinə müvafiq bədən nahiyyəsinin hissiyatı sönmüş olur. Bu növ

anesteziya sayəsində beldən aşağıdakı sahə təmamilə keyidilir. 


Total venadaxili anesteziya – anesteziyanın bir növüdür. Bu zaman anesteziya vasitəsi venadaxili yeridilir. Bu növ anesteziya yüngül əməliyyatlar üçün uyğundur. Bu növ anesteziyanın təsir müddəti ərzində xəstə sərbəst nəfəs ala bilmir.


Endotraxeal anesteziya- xəstənin müxtəlif anestezi dərman vasitələri (inhalyasiya, venadaxili, əzələ daxili ) vasitələrin köməyi ilə dərin yuxuya  göndərilməsidir.Endotraxeal anesteziya zamanı əzələlərin təmamilə rahatlanması baş verdiyi üçün xəstə müstəqil nəfəs ala bilmir.


Buna görə də xəstənin nəfəs almasını təmin etmək üçün xəstə süni tənəffüs aparatına qoşulur. Kombinə edilmiş anesteziya-özündə (spinal, epidural ) və ya endotraxeal anesteziya üsullarını cəmləşdirir.