OKİ Hospital-da həm böyüklərdə, həm də uşaqlarda aşağıdakı dəri xəstəliklərinin müalicəsi aparılır:
• Akne (sızanaqlar);
• Seboreik dermatit;
• Ekzema;
• Neyrodermatit;
• Kuperoz (qan damarlarının ulduzcuqları, teleangiektaziyalar);
• Dəriyə aid virus xəstəlikləri (herpesvirus infeksiyaları, HPV);
• Dəri allergik xəstəlikləri (atopik dermatit);
• Dəri, saç və dırnaqların mantar xəstəlikləri (mikroskopiya, trixofitiya, onixomikoz və s.);
• Psoriaz;
• Piyodermiya (dərinin irinli xəstəlikləri);
• Vitiligo;
• Saç tökülməsi (ocaqlı, androjenik);
• Və digər dəri xəstəlikləri.
Dəri xəstəliklərinin müayinəsi və diaqnostika metodları:
• Dermatoloqla məsləhətləşmə (anamnez yığımı, xarici müayinə, dermoqrafizminin müəyyən edilməsi);
• Dermatoskopiya;
• Laboratoriya müayinələri (İFA, bakteroloji, ümumi klinik, sitoloji, biokimyəvi, histoloji tədqiqatlar və s.).
SAÇ ƏKİMİ
OKİ Hospitalda 100% zəmanətli limitsiz saç əkimi icra edilir.
Prosedur hansı mərhələlərdən ibarətdir:
Saç Əkimi ən çox rast gəlinən androgenetik alopesiya, yəni kişi tipli saç tökülməsi zamanı icra edilir.
Saç Əkimi əksər hallarda yerli keyitmə (lokal anesteziya), bəzi hallarda isə, çox həssas pasiyentlərdə - sedasiya (narkoz) altında icra olunur.
Saç Əkimi ortalama 6-7 saat davam edir. Təbii ki, əkilən saç qraftlarının sayından aslı olaraq bu müddət dəyişə bilər.
Saç Əkimi FUE üsulu ilə icra olunur.
Saç kökləri bir-bir donor zonadan (gicgah və ənsə nahiyələri) xüsüsi cihazla götürülür. Saç alınması zamanı biz digər mərkəzlərdən fərqli olaraq bir neçə pançdan (kəsici frezer) istifadə edirik. Pançlar kütləşdikcə saç kökləri zədələnə bilər, bu səbəbdən biz bir əməliyyatda 2-3 pançdan istifadə edirik.
Sonrakı mərhələdə toplanan saçlar sayılır və steril qablarda soyuq şəraitdə və xüsüsi məhlulda saxlanılır (saç köklərinin ömrünün uzadılması üçün).
Növbəti mərhələdə saç tökülən nahiyədə (alopesiya nahiyəsi) xüsüsi sapfir bıçaq ucluqlu qələmlə dəliklər (kanallar) açılır və toplanılan saçlar bir-bir həmin kanallara yerləşdirilir.
Siz də saç tökülməsindən əziyyət çəkirsinizsə təcrübəli dermatoloq Dr. Vaqif Abdullayevin qəbuluna yazılın, bu problemdən ən effektiv yolla azad olun.
Sağlam saçlar üçün ilk addımı atın!