Cərrahiyyə

Gündüz və gecə-gündüz stasionarı


GÜNDÜZ STASİONARI


OKİ klinikasındakı gündüz stasionarı rahat palatalarla təmin olunub və bir neçə saat müşahidə tələb edən müayinələrin aparılması üçün nəzərdə tutulub. Həm də bu stasionarlardan tibbi əməliyyatlardan sonra xəstənin bir günlük istirahəti və bərpası üçün keçirilən ambulator prosedurlar zamanı istifadə olunur. Xəstə palatada 2-3 saat nəzarət altında qaldıqdan sonra adi həyat tərzinə qayıdır.


Gündüz stasionarında aşağıdakılar həyata keçirilir:


·         İnfuziya terapiyası, əzələdaxili inyeksiya


·         24 saatlıq stasionardan çıxan xəstələrin reabilitasiyası


·         Fizioterapiya prosedurları


·         Hamilə qadınların monitorinqi


·         Kimyoterapiya kursları


·         Diaqnostik testlər və s.



Gündüz stasionarı 24 saatlıq stasionarda başlanılmış müalicə kursunu rahat və komfort bir mühitdə


tamamlamağa və bir neçə saatdan sonra həmişəki həyata qayıtmağa imkan verir. Xəstənin vəziyyə-


tinin izlənilməsi müalicə həkimi və tibb işçiləri tərəfindən həyata keçirilir.



Belə bir müalicə rejiminin əsas üstünlükləri-prosedurların həyata keçirilməsi üçün əlverişli vaxtın olması


və xəstəyə xəstəlik vərəqəsinin verilməsidir.


 


GECƏ-GÜNDÜZ STASİONARI


Daha uzunmüddətli bərpa tələb olunan xəstələr üçün OKİ klinikasında yüksək səviyyədə komfortlu pala-


taları olan və daim tibb işçilərinin nəzarəti altında olan gecə-gündüz stasionarı mövcuddur. Zərurət


yarandıqda reanimatoloqun nəzarəti altında intensiv terapiya həyata keçirilir.Stasionarda qalma şərtlə-


rinin müxtəlifliyi rahat bir şəraitdə məqbul müalicə rejimi seçməyinizə imkan verir. Stasionarda xəstələr


bütün lazımi standartlara uyğun,  dietik , qidalarla 3 dəfəlik təmin olunur.


 

Xəstənin gecə-gündüz stasionarında qalması müxtəlif problemlərin həllinə köməklik edir:


·         Cərrahi manipulyasiyaya hazırlıq


·         Əməliyyat sonrası reabilitasiya


·         Xəstənin vəziyyətinin 24 saatlıq monitorinqi


·         Diaqnostikanın ekspert tipli avadanlıqlarla aparılması


·         Müxtəlif mütəxəssislərin məsləhətləşmələri


·         Bütün bədənin hərtərəfli Check-Up müayinəsi