Diaqnostika

Endoskopiya


Endoskopiya, orqanların içəridən xüsusi bir cihaz - 9 millimetr diametrli, sonunda kamera və LED olan yumşaq bir kauçuk borudan istifadə edilərək müayinə etməyə imkan verir. Endoskopiya qida borusu, mədə, onikibarmaq bağırsaq, düz bağırsaq, bronxlar və digər orqanların müayinəsini mümkün edir. 

OKİ klinikasında bütün növ endoskopik müayinələr həyata keçirilir: 


·        Qastroskopiya         


·        Kolonoskopiya         


·        Bronxoskopiya         


·        LOR endoskopiyası         


·        Histeroskopiya və s.         


Endoskopiyanın əsas üstünlüyü ondan ibarətdir ki, həkim bir tədqiqatda həm  diaqnoz qoya bilər ,həm də cərrahi müdaxilə edə bilər: müayinə olunan orqanlardan yad cisimləri , neoplazmaları - polipləri, və həmçinin də mədə-bağırsaq traktının müxtəlif hissələrinin onkoloji şişlərini çıxara bilər.


OKİ-DƏ ENDOSKOPİYA:


·        Dünyanın ən etibarlı endoskopları         


·        Həftənin 7 günü diaqnostika         


·      "Röyada" rahat endoskopiya         


·        Endoskoplarda sızıntıya qarşı nəzarət         


·        Tədqiqatın elektron daşıyıcıya videoya yazılması         


·        10 yaşlı uşaqlar üçün endoskopiya         


"YUXUDA" DİAQNOSTİKA

OKİ klinikası  sedasyon altında endoskopiya təklif edir . Bu, bir insanın rahatladığı və tədqiqatın  mümkün qədər məlumatlı olduğu  bir dərman yuxusudur.

Yuxuda  endoskopiya keçməyin  üstünlükləri:  


·        Xəstə üçün rahatdır         


·        Təhlükəsiz dərman yuxusudur         


·        Həkimə  detallı və keyfiyyətli bir araşdırma aparmaq imkanı verir         


·        Manipulyasiyadan 2 saat sonra normal həyata qayıdış