Funksional diaqnostika ürək-damar xəstəliklərinin inkişaf mexanizmlərini və bütövlükdə insan orqanizminin imkanlarını qiymətləndirilməsində açar rolunu oynayır.
Funksional diaqnostika aşağıdakıları müəyyənləşdirir:
· Tənəffüs parametrləri
· Ürəyin elektrik fəaliyyəti
· Ürəyin nəbzi
· Arterial təzyiq göstəriciləri və s.
ELEKTROKARDİOQRAFİYA (EKQ)
EKQ, ürəyin ritmik pozğunluqlarını və işemik miokardı təyin etməyə imkan verir. Həkim xəstənin ürək-damar sisteminin fəaliyyəti barədə tam məlumat alır. Monitorun köməyi ilə kardioloq yalnız EKQ-nı deyil, arterial təzyiqi, nəbz dərəcəsini və digər göstəriciləri də qeyd edir.
EKQ nə üçün aparılır:
• Ürək ritminin qiymətləndirilməsi.
• Miokard işemiyasının aşkar edilməsi.
• Aritmiyaların diaqnostikası.
• Ürək qapaqlarının vəziyyətinin qiymətləndirilməsi.
• İnfarktdan sonra monitorinq.
• Cərrahi müdaxilələrə hazırlıq.
• Dərmanların təsirinin araşdırılması.
• Miokard hipertrofiyasının müəyyən edilməsi.
EKQ — ürəyin vəziyyəti haqqında məlumat verən sadə, sürətli və ağrısız diaqnostik üsuldur.
EXOKARDİOQRAFİYA (EXOKQ)
Exokardioqrafiya — ürəyin vəziyyətini qiymətləndirmək üçün istifadə olunan funksional diaqnostikanın ən vacib metodlarından biridir. Həkim, ultrasəs dalğaları vasitəsilə ürəyin anatomiyasını və onun klapanlarını vizuallaşdırmaqla yanaşı, funksional imkanlarını da qiymətləndirə bilir.
ExoKQ müxtəlif patologiyaların aşkar etməyə imkan verir:
• Ürək qüsurları (anadangəlmə və qazanılmış)
• Miokard hipertrofiyası
• Klapanların fəaliyyətindəki dəyişikliklər (stenoz, çatışmazlıq)
• Ürək anevrizmaları
• Miokard infarktından sonra baş verən komplikasiyalar
• Perikardit (perikardın iltihabı)
• Ürək çatışmazlığı ilə bağlı vəziyyətlər
• Sol və sağ mədəciyin funksiyasındakı pozuntular
• Ürək boşluqlarında tromblar
• Qan axınındakı dəyişikliklər (mitral və aortal qapaqlarının patologiyaları da daxil olmaqla)
Prosedur tamamilə ağrısız və təhlükəsizdir, bu da onu bütün yaş qrupu xəstələr üçün ideal edir. ExoKQ-nin nəticələri həkimə müalicə taktikasını müəyyən etmək və ürəyin vəziyyətini dinamik olaraq izləməkdə kömək edir.
EKQ –nin HOLTER MONİTORİNQİ
Ürək elə quruluşa malikdir ki, onun işindəki bəzi qüsurlar yalnız xüsusi şəraitdə özünü göstərə bilər. Elə buna görə də Holter monitorinqi sutka ərzində və ya daha çox müddətdə həyata keçirilir. Ürək ritmini ölçmək üçün son nəsil “Holter” aparatından istifadə olunur.
Bu, dünyada ən kiçik holter aparatıdır, onun çəkisi orta cib telefonundan az - 120 qramdır və buna görə də paltar altından demək olar ki görünmür. Sutka ərzində ürəyin işi haqqında məlumat portativ yazıcının yaddaşına qeyd olunur, bundan sonra kardioloq bu məlumatlar əsasında diaqnoz qoyur.
ARTERİAL TƏZYİQİN SUTKALIQ MONİTORİNQİ (ATSM)
Monitorinq arterial təzyiqin gündəlik gedişatını göstərir. Tədqiqata görə həkim hipotansion və hipertansionun varlığını təyin edir. Həkim xəstənin bədəninə xüsusi datçik yerləşdirir və növbəti sutka ərzində xəstədə həm ürək ritmi , arterial təzyiq təyin olunur, həm də xəstə normal həyat tərzini davam edir.
TREDMİL TEST (ürək yükünü gedərək artıracaq şəkildə EKQ-nin davamlı monitorinqi)
Tredmil test — ürək-damar sisteminin fiziki yüklənmə altında vəziyyətini qiymətləndirmək üçün istifadə olunan yüksək informativliyə malik tədqiqat üsuludur. İstirahət zamanı miokardın işemiyasını aşkar etmək çətin olduqda, yüklənmə altında simptomlar daha aydın görünür. Testin vaxtında keçirilməsi infarktın baş verməsinin qarşısını almağa kömək edə bilər.
OKİ Hospitalda tredmil testlər İsveçrə istehsalı olan Schiller şirkətinin kardio kompleksi üzərində həyata keçirilir. Test zamanı xəstə tədricən sürət və meyl artıran bir yürüyüş bandında gedir. Testin müddəti xəstənin fiziki hazırlığından asılı olaraq 5 dəqiqədən 20-30 dəqiqəyə qədər dəyişə bilər.
Tredmil test bütün idmançılara tövsiyə olunur, çünki bu, ürək-damar sisteminin gizli patologiyalarını aşkar etməyə və məşqlərdə və yarışlarda vəziyyətin qəfil pisləşməsi riskini azaltmağa kömək edir.
Test zamanı nələr müəyyən edilir:
• Aerob dözümlülük
• İş qabiliyyəti
• Maksimal oksigen istehlakı
• Nəbz və arterial təzyiqə görə bərpa sürəti
• Ürək döyüntülərin maksimal sayı
Tredmil test qeyri-invaziv və təhlükəsizdir, təcrübəli mütəxəssislər tərəfindən aparılır, bu da yüksək dəqiqlikli nəticələrin əldə olunmasını və xəstənin rahatlığını təmin edir.