. Diaqnostikanın tam spektri
. Ekspert dərəcəli endoskoplar
. Mədə-bağırsaq traktının onkoloji xəstəliklərinin erkən diaqnostikası
. Minimal invaziv cərrahiyyə üsulları
. Dar ixtisaslı mütəxəssislərin birgə əməkdaşlığı
. Uşaq qastroenterologiyası
Həkim-qastroenteroloq insanın həzm sistemi ilə əlaqəli bütün prosesləri araşdırır və müalicə edir.
. yemək borusu
. mədə
. onikibarmaq bağırsaq xorası
. nazik və yoğun bağırsaq
. düz bağırsaq
. öd kisəsi və öd kanalları
. mədəaltı vəz
. qaraciyər
OKİ Hospital mədə-bağırsaq traktının qastroskopiyası və kolonoskopiyasının birbaşa müayinəsi üçün ən məlumatlı və dəqiq metodları təklif edir. Qastroskopiya qida borusunun, mədənin və onikibarmaq bağırsağın qastroskop adlanan tibbi cihaz ilə endoskopik müayinəsidir. Qastroskopiya mədə-bağırsaq traktının yuxarı şöbələrində qanaxma və yad cisimlər zamanı, qida borusunun, mədənin və onikibarmaq bağırsağın kəskin və xroniki xəstəliklərinin diaqnostikası və müalicəsi üçün icra olunur.
Kolonoskopiya sayəsində qastroenteroloq yoğun bağırsaq xəstəliklərini müayinə edir, gizli qanaxma, iltihab, divertikul, şiş və digər patologiyaları aşkar edir.
Qastroskopiya və kolonoskopiya müayinəsi orqanları içəridən xüsusi cihaz vasitəsi ilə yoxlamağa imkan verir. Qastroskopiya və kolonoskopiya ucunda HD kamerası olan və işıq mənbəyi ilə təchiz olunmuş, diametri 9 mm olan elastik, yumşaq borunun köməyi ilə həyata keçirilir.
Əgər xəstə təmamilə narahatçılıqdan qurtulmaq istəyirsə, əməliyyat sedasyon altında həyata keçirilə bilər. Bu, medikamentoz yuxudur. Xəstə özünü olduqca rahat hiss edir və tədqiqat maksimal dərəcədə rahat keçir.
Bu diaqnostik metodların əsas üstünlüyü ondan ibarətdir ki, həkim bir tədqiqatda müayinə olunan orqanlardakı yad cisimlərin, mədə-bağırsaq traktının müxtəlif hissələrinin şişlərinin, diaqnozunu qoya, cərrahi yolla çıxara bilər.
Yuxu zamanı qastroskopiya və kolonoskopiyanın faydaları:
. Xəstə üçün rahatdır
. Təhlükəsiz dərman yuxusudur
. Həkimə ətraflı və keyfiyyətli müayinə keçirməyə imkan verir
. Manipulyasiyadan 2 saat sonra xəstə normal həyata qayıdır