Sahələr

Ginekologiya

Ginekologiya


•       Həftənin   7 günü vaxtında  yardım

•       Bütün kiçik çanaq orqanlarının  ətraflı müayinəsi

•       Kolposkopiya və servikoskopiya üçün  ixtisaslaşdırılmış otaq

•       Mammoloq  və  onkoloqlardan “ ikinci fikir “

•       Minimal invaziv cərrahiyyə

•       Qadınlar üçün  hərtərəfli check-up müayinə

•       Hamiləliyin idarə edilməsi


DƏQİQ DİAQNOSTİKA


OKİ Hospitalda ən dəqiq və  məlumatlı tədqiqat metodları ilə ginekoloji diaqnostikanın bütün növləri həyata keçirilir.


Kolposkopiya-həkim xüsusi mikroskop vasitəsi ilə vulvanı, vagina və servikal divarları müayinə edir. 40 dəfə  böyütmə ilə ginekoloq uşaqlıq boynu xərçəngi və xərçəngönü xəstəlikləri, uşaqlıq boynu eroziyanı ilkin mərhələdə aşkarlaya bilir.


Müayinə bir neçə dəqiqə davam edir və təmamilə ağrısız həyata keçirilir. Xəstə həkimin təyinatı ilə kolposkopiya etdirə bilər və aparılan araşdırma nəticəsində yüksək keyfiyyətli görüntülər əldə edəcəkdir.


Servikoskopiya histeroskop vasitəsilə aparılan servikal kanalın müayinəsidir. 

Müayinə uşaqlığı yalnız vizual olaraq qiymətləndirməyə deyil, həm də əlavə tədqiqat üçün lazımi miqdarda toxuma  götürməyə və dəqiq diaqnoz qoymağa imkan verir. Əgər kolposkopiya uşaqlıq boyunun  ön hissəsindəki  patoloji dəyişiklikləri müəyyən edirsə, servikoskopiya isə uşaqlıq boyuna keçid sahəsindəki patoloji dəyişiklikləri belə təsbit edə bilir. Müayinə bir neçə dəqiqə çəkir və praktik olaraq heç bir əks göstərişi yoxdur.


Histeroskopiya - qadın xəstəliklərinin müalicəsində ən dəqiq invaziv diaqnostik metodlardan biridir. Histeroskopiya vasitəsi ilə uşaqlıq boyunu və servikal kanalı içəridən araşdırmaq, patoloji prosesləri müəyyən  etmək, zəruri hallarda biopsiya etmək və diaqnoz qoymaq mümkündür. Həkim  bədxassəli patoloji dəyişiklikləri inkişafın ilkin mərhələsində müəyyən etməyə kömək edən tədqiqat üçün materialı dəqiq götürmək üçün  müayinəni vizual nəzarət altında həyata keçirir.Diaqnostik prosedur 20 dəqiqəyə yaxın bir müddətdə davam edir.


CƏRRAHİ GİNEKOLOGİYA


OKİ  Hospitalda  xəstəliyin mürəkkəblik dərəcəsindən asılı olmayaraq bütün növ ginekoloji cərrahi əməliyyatlar aparılır. OKİ Hospitalın mütəxəssislərinin əsas məqsədi reproduktiv funksiyanın maksimum qorunması və xəstələrin sürətli sağalmasıdır.


Ultra dəqiq cərrahiyyə


Minimal invaziv əməliyyatlara xüsusi diqqət yetirilir. Bunun əsas üstünlüyü zədələnmiş orqana cərrahi müdaxilənin minimal olması və xəstənin ən qısa müddətdə normal həyata qayıda bilməsidir.