OKİ Hospital - Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında OKİ KT

Diaqnostika

KT - Xaçmaz RMX-da

2025-ci ildən etibarən Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında OKİ Hospital tərəfindən Kompüter Tomoqrafiyası (KT) xidməti göstərilməyə başlanmışdır.


OKİ Hospital region əhalisinin müasir və əlçatan tibbi diaqnostika xidmətlərinə çıxışını genişləndirmək məqsədilə Xaçmaz RMX-da Kompüter Tomoqrafiyası cihazını istifadəyə vermişdir. Bu xidmət yüksək dəqiqlikli görüntüləmə imkanları sayəsində müxtəlif xəstəliklərin vaxtında aşkarlanmasına və düzgün diaqnozun qoyulmasına şərait yaradır.


Kompüter tomoqrafiyası müayinəsi həkim göstərişi əsasında həyata keçirilir və qısa müddətdə etibarlı nəticələr əldə etməyə imkan verir.


Ətraflı məlumat almaq və müayinəyə yazılmaq üçün əlaqə nömrəmiz:

+994 50 388 28 79