OKİ klinikasının təlim mərkəzində işçilərin ixtisas səviyyələrini və tibbi yardım göstərmək bacarıqlarını artırmaq üçün mütəmadi olaraq tibbi təlimlər keçirilir.
Təlim mərkəzi istehsalat və sənaye müəssisələrində işləyənlər üçün ilk yardım (First Aid ) kursları keçirir.
Təlimlər tibbi təlimçi Şirinov Sevindik tərəfindən "Amerika Ürək Assosiasiyası"nın ürək-ağciyər reanimasiyası üzrə BLS (Basic Life Support)” sertifikatına əsasən, iştirakçıların nəzəri və praktiki biliklərini mükəmməlləşdirmək məqsədi ilə xüsusi avadanlıqlar üzərində tədris olunur.