Diaqnostika

Laborator diaqnostika


Klinikanın şəxsi  laboratoriyası istənilən mürəkkəblikdə  sitoloji və histoloji tədqiqatlar da daxil olmaqla bütün növ klinik tədqiqatların aparılmasına imkan verir. Xəstə  əksər tədqiqatların nəticələrini  müraciət elədiyi gün və ya ertəsi gün əldə edə bilər.


KLİNİK LABORATORİYANIN PRİORİTETİ

Diaqnostik  laboratoriyamızın vəzifəsi yalnız biomateriallarla deyil,  xəstələrlə işləməkdir. Hər bir  analiz konkret bir xəstənin sağlamlığının qiymətləndirilməsi deməkdir. Avtomatlaşdırılmış tədqiqatlarla yanaşı, klinik laboratoriya diaqnostikası həkimləri də zəngin praktiki təcrübə sayəsində,  əldə olunan nəticənin  qiymətləndirilməsində mühüm rol oynayırlar.


Xəstələrimiz təyin olunmuş bütün analizləri binanı  tərk eləmədən verə biləcəklər və  tədqiqatların nəticələri birbaşa OKI klinikasında fəaillət göstərən müalicə  həkimlərinə göndəriləcəkdir.


Laborator diaqnostika aşağıdakıları həyata keçirməyə imkan verir:


.     Diaqnozun qoyulması üçün müayinə   

     

·     Əvvəl qoyulmuş diaqnozun yoxlanılması   

     

·     Dinamik dəyişikliklərin müşahidəsi   

   

·     Əməliyyat öncəsi  analizlərin verilməsi 

     

·     Əməliyyat sonrası müşahidə   

      

LABORATOR DİAQNOSTİKANIN İSTİQAMƏTLƏRİ:


·      Ümumi klinik 


·      Biokimyəvi   

     

·      İmmunokimyəvi 

       

·      Molekulyar-genetik 

       

·      Mikrobioloji       

 

·      Histoloji     

   

·      Sitoloji   

     

·      İmmunohematoloji   


·      Seroloji   

     

·      Hematoloji 


·      İmmunoloji