Tibbi reabilitasiya ciddi xəsarət və xəstəlikdən sonra ən təsirli bərpanı təmin edə bilər. Tibbi reabilitasiya və müalicəvi bədən tərbiyəsi şöbəsində uzun illər təcrübəyə malik peşəkar həkim- reabilitoloqlar çalışır .
Bir çox hallarda müalicəvi bədən tərbiyəsinin (MBT) istifadəsi əmək qabiliyyətini bərpa etməyə imkan verir. Xroniki xəstəliklərdən əziyyət çəkən xəstələr tez-tez müalicəvi idman terapiyasına ehtiyac duyurlar. Müalicəvi idman terapiyası həm müstəqil bir müalicə növü kimi, həm də digər üsullarla birgə tətbiq olunur. Müalicəvi idman terapiyası xəstəliyin gedişatından və xəstələrin fərdi ehtiyaclarından asılı olaraq fiziki aktivliyi xəstəyə mərhələlərlə paylamağa imkan verir.
Xəstəni xəstəliyi ilə bağlı kədərli düşüncələrdən yayındırmaqda, xəstəyə tez bir zamanda sağalacağına inam verməkdə, əlbəttə ki, müalicənin keyfiyyətli olmasında və vaxtına faydalı təsir göstərilməsində müalicəvi idman terapiyasının xüsusi rolunu qeyd etmək lazımdır.
Reabilitasiya şöbəsinin əsas üstünlüyü müxtəlif terapiya metodlarından istifadə edilərək fərdi müalicə proqramlarının hazırlanmasıdır. Məşqlər qrup şəklində və fərdi olaraq aparılır. Xüsusi, xəstələr üçün təhlükəsiz idman təlim aparatlarından və müxtəlif masaj üsullarından istifadə olunur. Ergoterapiya seansları (xırda motor bacarıqlarının inkişafı), müxtəlif fizioterapevtik prosedurlar, o cümlədən elektro və maqnit terapiyası və s. tətbiq olunur.
Əsas istiqamətlər:
xəsarət, xəstəliklərdən, intensiv yüklənmələrdən sonra reabilitasiya
tibbi müşahidə və sağlamlığa tibbi nəzarət
çoxfunksiyalı diaqnostik, reabilitasiya və fizioterapiya cihazlarından istifadə edilərək xüsusi və klassik müayinə, fərdi bərpa proqramlarının hazırlanması
Tibbi xidmətlər:
Əməliyyat və xəsarət sonrası reabilitasiya
İzokinetik sistemi tətbiq edərək əzələ və əzələ qruplarının funksional qabiliyyətinin sınağı və reabilitasiyası
Ağır yaralanmalardan və dayaq-hərəkət apparatının kəskin xəsarət və ağırlaşmalarından sonra müalicə və bərpası
Sinir-əzələ və dayaq-hərəkət sistemlərinin xroniki xəstəliklərində funksiyaların bərpası
Mürəkkəb rekonstruktiv əməliyyatlardan sonra xəstələrin reabilitasiyası
Müxtəlif növ çiyin və diz əməliyyatlarından sonra bərpa
Uşaqların hərəkət sisteminin nevroloji pozulmalarında (mərkəzi və periferik sinir sistemlərinin zədələnməsi, uşaq serebral iflici) reabilitasiya, üzvi zədələnmələr və beynin funksional pozğunluqları olan uşaqlara tibbi yardım
Onurğa-bel ağrılarının kompleks müalicəsi
Fiziki reabilitasiya - hər bir xəstə üçün fərdi yüklənmələrin seçilməsi
Psixoloji reabilitasiya
Elektro - exokardioqrafiya (EKQ və Exo-KQ)
Veloerqometriya
Tredmil test
Stress-ExoKQ
Prosedurlar:
Medikamentoz müalicə(iltihabəleyhinə və ağrıkəsici)
Müalicəvi idman tərbiyyəsi
Manual terapiya
Fizioterapevtik prosedurlar
Onurğanın dartılması
Masaj
İstifadə olunan vasitələr:
gimnastik şarlar
gimnastik çubuqlar
qantellər
espander
yüklər
İsveç divarı
Kuznetsov applikatoru
trenajorlar
velotrenajor
xüsusi yumşaq mebel
reabilitasiya asqısı
motorikanın inkişafı üçün vasitələr
qaçış trenajoru
müalicəvi bədən tərbiyəsi üçün batut
müxtəlif taburetlər
trenajor lövhə
kinezioloji teyplər
Üstünlüklərimiz:
- Yüksək peşəkar mütəxəssis heyəti
- Müxtəlif profilli həkimlərin daimi nəzarəti
- Xüsusi avadanlıqlarla təchiz olunmuş otaqlar