OKİ Xəstəxanasında baş beyninin, onurğa beyninin və periferik sinir sisteminin müxtəlif xəstəliklərinin diaqnostikası və müalicəsi həyata keçirilir. Ambulator və stasionar şəraitdə mərkəzi və periferik sinir sisteminin kəskin və xroniki xəstəliklərinin müayinəsi, müalicəsi və reabilitasiyası, sinir sistemi iltihabi xəstəlikləri, osteoxondroz və onun fəsadları, degenerativ-distrofik xəstəliklərin müalicəsi, o cümlədən kəskin və xroniki ağrı sindromu, həmçinin baş beyninin və onurğa beyninin travmalarından və cərrahi əməliyyatlardan sonrakı reabilitasiya aparılır.
Xəstəxanamızda nevroloji xəstəliklərin diaqnostikasında əvəzolunmaz olan elektroensefaloqrafiya və elektromioqrafiya kimi üsullar tətbiq edilir.
Nevroloqla konsultasiya pasiyentin şikayətlərinin sorğusu, təhlili və fiziki müayinəsindən ibarətdir. Həkim əzələ tonusunu müəyyən edir, refleksləri, hissiyatı, koordinasiyanı, kognitiv funksiyaları və s. öyrənir.
Zərurət olduqda (nevroloji olmayan patologiyaların istisna edilməsi məqsədilə) ixtisaslaşmış həkimlərin konsultasiyaları təyin olunur. Sonra isə aparat və laborator müayinələr həyata keçirilir.
Klinikamızın nevroloji mərkəzi ətraflı nevroloji müayinələr üçün bütün lazımi diaqnostik vasitələrlə təchiz olunub.
OKİ Xəstəxanasının nevroloqları aşağıdakı xəstəliklər və hallar üzrə sizə kömək edəcəklər:
• Beyin silkələnməsi;
• Neyropatiyalar;
• Müxtəlif mənşəli baş ağrıları;
• Meningit (diaqnostika);
• Epilepsiya;
• Onurğa beyni və baş beynində degenerativ, damar və dismetabolik dəyişikliklər;
• Osteoxondroz;
• Onurğa yırtıqları;
• Lumbaqo, i̇şias, radikulit;
• Nevritlər;
• Onurğada ağrılar;
• Onurğanın əyilməsi;
• Qarın ağrıları (abdominalgiya), sinə ağrıları (torakalgiya);
• Polineyropatik sindromlar;
• Distonik sindromlar;
• Hər cür tutmalar və ifliclər;
• Xroniki ürək işemiyası;
• Boyun ağrıları (serkvikalqiya) və boyundan əllərə yayılan ağrılar (serkvikobrahialqiya);
• Artrozlar və yumşaq toxumaların zədələnməsi;
• Yuxusuzluq;
• Depressiya və s.
Diaqnostika üsulları:
• KT
• Baş beyin və onurğa beyninin MRT-si
• Əl və ayaqların dupleks müayinəsi
• Rentgenoloji müayinə
• Elektroensefaloqrafiya