OKİ Hospital -

Diaqnostika

Neyrofiziologiya


Beyin fəaliyyəti, günün vaxtından, insanın vəziyyətindən, yuxu rejimindən və oyanıqlığından asılı olaraq daim dəyişir. Neyrofizioloji tədqiqatlar beynin işləməsi haqqında ən ətraflı məlumat verir, dalğa fəaliyyətini, qan damarlarının vəziyyətini və daxili strukturlarını real vaxtda qiymətləndirməyə imkan yaradır. Funksional diaqnostika mütəxəssisi toxunma, koordinasiya, eşitmə və qoxu funksiyaları da daxil olmaqla mərkəzi sinir sistemini araşdırır.


Neyrofizioloq aşağıdakı problemlərin səbəblərini müəyyənləşdirir:


·          Hissiyyat pozğunluqları         


·          Hərəkət pozğunluqları         


·          Beyin qan dövranı pozğunluqları         


·          Yaddaş zəifliyi         


·          Epilepsiya         


·          Panik ataklar      


·          Kəllə-beyin travmalarının nəticələri         


·          Yuxu pozğunluqları         


·          Baş ağrıları, başgicəllənmə və s.         


NEVROFİZİOLOJİ TƏDQİQATLAR

OKİ klinikası, sinir sisteminin hərtərəfli funksional tədqiqatlarını aparmağa imkan verən ən müasir diaqnostik avadanlıqlara malikdir. 


ELEKTROENSEFALOQRAFİYA (EEQ)

 Baş –beyinin summar elektrik aktivliyini qeydə almaq və qiymətləndirmək üçün istifadə olunan nevroloji müayinə metodudur. 

OKİ klinikasında xəstələr aşağıdakı elektroensefaloqrafiya növlərindən keçə bilərlər:


·          Rutin EEQ         


·          Yuxusuzluqda EEQ         


·          20 dəqiqəlik fon qeydi ilə EEQ, ardından təhrikedici funksional testlərin aparılması



Tədqiqatın aparılması üçün xəstəyə beyin fəaliyyətini analiz edən sensorlarla təchiz olunmuş xüsusi "papaq" geyindirilir. Nəticədə,  həkim əldə etdiyi elektroensefaloqramma sayəsində  patoloji ocaqları, onların  zərərlilik  dərəcəsini, müalicə taktikasını təyin edir  və müalicənin zamanla effektivliyini izləyir.


Tədqiqatdan aşağıdakı  xəstəliklərin səbəblərini  qiymətləndirmək və təyin etmək üçün istifadə olunur:


·          Baş ağrıları və  başgicəllənmə         


·          Panik hücumlar         


·          Beyin hüceyrələrində elektrik hərəkətinin artması ilə bağlı yaranan qıcolma tutmaları        


·          Uşaqlarda nitq inkişafındakı ləngimələr         


SPİROMETRİYA


Tənəffüs yolu çatışmazlığını  təyin edən, ağciyərlərin həyati qabiliyyətini,  bronxial keçiriciliyi və hava axını sürətinin məhdudlaşmasını qiymətləndirən  müayinə  metodudur. Spirometriya terapevt və pulmonoloqlarla məsləhətləşmədən sonra aparılır, ağrısız və olduqca  məlumatlı müayinə üsuludur. Diaqnostika zamanı xəstə  ağciyərlərdən havanı  xüsusi bir boruya - spirometrə maksimum ufürür, bunun sayəsində həkim nəfəs alma dərəcəsini və həcmini təyin edir.


Spirometriyaya göstərişlər bunlardır:


·          Periodik KRX        


·          İdmançılarda  fiziki sağlamlıqlarının qiymətləndirilməsi         


·          Tənəffüs çatışmazlığı         


·          Nəfəs darlığı və xroniki öskürək         


·          Astma, vərəm  zamanı tənəffüs almanın çətinləşməsi      


·          Allergiya