· Effektiv müalicə üsulları
· Müasir diaqnostik avadanlıq
· Xəstənin fərdi xüsusiyyətlərinin uçotu
· Müxtəlif istiqamətli həkimlərin birgə işi
· Eynəklərin optimal seçimi
· Uşaq oftalmoloqunun qəbulu
UŞAQ OFTALMOLOGİYASI
Mütəxəssislərimiz körpədən-məktəb məzununa qədər, hər yaşda uşaqların görmə qabiliyyətini yoxlayırlar.
Klinikada problemi müəyyənləşdirməyə və körpəyə heç bir narahatlıq vermədən müalicə aparmağa kömək edən etibarlı və müasir avadanlıqlardan istifadə olunur. Müalicə zamanı uşaq oftalmoloqu, uşağın vəziyyətini dinamik olaraq izləyir , ağırlaşmaların və relapsların baş verməməsi üçün bütün nüansları nəzərə alır.
MÜASİR DİAQNOSTİKA
Mütəxəssis səviyyəli tədqiqat metodları göz xəstəliklərinin erkən diaqnozuna və vaxtında müalicə olunmasına imkan verir.
Visometriya- müxtəlif məsafələrdə görmə kəskinliyini təyin etmək üçün bir üsuldur.
Refraktometriya – görmə itiliyinin və astiqmatizm dərəcəsini təyin etməyə imkan verən gözün optik gücünün ölçülməsidir.
Keratometriya - keratokonus və keratoglobusun diaqnozunu qoymaq, buynuz qişanın vəziyyətini qiymətləndirmək üçün bir üsuldur .
Tonometriya- həm təmassız , həm də Maklakov tonometrindən istifadə edilərək göz daxili təzyiqin ölçülməsidir .
Perimetriya - vizual sahələrin təyin edilməsi üçün bir üsuldur və bunun sayəsində oftalmoloq qlaukoma, optik sinir atrofiyası, retina distrofiyası aşkarlayır.
Biomikroskopiya - gözün buynuz, qüzehli və tor qişasının, konyuktivanın xüsusi mikroskop vasitəsi ilə müayinəsidir.
Oftalmoskopiya – göz dibinin müayinəsidir.
Müayinə zamanı həkim xəstənin fərdi xüsusiyyətlərinə uyğun göz müayinəsi aparır, amma bəzi xəstəliklərin müalicəsi zamanı əlavə diaqnostik metodların tələb olunduğunu unutmamalıyıq.
PROFİLAKTİKA
Görmə sisteminin sağlamlığını mütəmadi olaraq izləmək , göz xəstəliklərinin ən yaxşı profilaktikası və uğurlu müalicəsidir.
40 yaşdan yuxarı insanların göz daxili təzyiqinin məcburi ölçülməsi ilə, ildə bir dəfə diaqnostikadan keçməsi lazımdır. Çünki bu yaş insanlarda qlaukomanın inkişaf riski artır.
Oftalmoloq müayinəsinin orta davamiyyət müddəti 40-60 dəqiqədir. Xəstə qəbul vaxtını əvvəlcədən planlaşdırmalıdır. Müayinə zamanı həkim göz bəbəklərini genişləndirən damcılardan istifadə edir və bu xəstənin bir neçə saat avtomobil sürmə qabiliyyətini məhdudlaşdırır.
Hərtərəfli müayinədən sonra oftalmoloq nəticələri təqdim edir, tədqiqatın nəticələri haqqında ətraflı məlumat və yaxşı görmə qabiliyyəti üçün tövsiyyələrini verir.
Xəstədə aşağıdakı simptomlar müşahidə edildikdə oftalmoloqun təcili konsultasiyası vacibdirr:
· Görmə kəskinliyinin itməsi, bulanıqlıq
· Göz bəbəyində yad cisim hiss olunduqda
· Göz qapaqlarının şişməsi və qızartısı
· Göz yaşarma
. Gözdən irin, qan axdıqda
· Qaşınma, quruluq, ağrı, gözdə qızarma