Sahələr

Oftalmologiya


·         Effektiv müalicə  üsulları     


·         Müasir diaqnostik avadanlıq         


·         Xəstənin fərdi xüsusiyyətlərinin uçotu         


·         Müxtəlif istiqamətli  həkimlərin birgə işi         


·         Eynəklərin optimal seçimi         


·         Uşaq oftalmoloqunun  qəbulu         



UŞAQ OFTALMOLOGİYASI


Mütəxəssislərimiz körpədən-məktəb məzununa qədər,  hər yaşda uşaqların  görmə qabiliyyətini yoxlayırlar.

Klinikada  problemi müəyyənləşdirməyə və körpəyə heç bir narahatlıq vermədən müalicə aparmağa kömək edən etibarlı və müasir avadanlıqlardan istifadə olunur. Müalicə zamanı uşaq oftalmoloqu, uşağın vəziyyətini dinamik olaraq izləyir , ağırlaşmaların və relapsların baş verməməsi  üçün bütün nüansları nəzərə alır.


MÜASİR DİAQNOSTİKA


Mütəxəssis səviyyəli tədqiqat metodları göz xəstəliklərinin erkən diaqnozuna və vaxtında müalicə olunmasına imkan verir.

Visometriya- müxtəlif məsafələrdə görmə kəskinliyini təyin etmək üçün bir üsuldur. 


Refraktometriya – görmə itiliyinin və astiqmatizm dərəcəsini təyin etməyə imkan verən gözün optik gücünün ölçülməsidir. 


Keratometriya - keratokonus və  keratoglobusun diaqnozunu qoymaq, buynuz qişanın vəziyyətini qiymətləndirmək   üçün bir üsuldur . 


Tonometriya- həm təmassız , həm də Maklakov tonometrindən istifadə edilərək göz daxili təzyiqin ölçülməsidir .


Perimetriya - vizual sahələrin təyin edilməsi üçün bir üsuldur və bunun sayəsində oftalmoloq qlaukoma, optik sinir atrofiyası, retina distrofiyası aşkarlayır. 


Biomikroskopiya - gözün buynuz, qüzehli  və tor qişasının, konyuktivanın xüsusi mikroskop vasitəsi ilə  müayinəsidir. 


Oftalmoskopiya – göz dibinin  müayinəsidir. 


Müayinə zamanı həkim xəstənin fərdi xüsusiyyətlərinə uyğun  göz müayinəsi aparır, amma  bəzi xəstəliklərin müalicəsi zamanı əlavə diaqnostik metodların  tələb olunduğunu  unutmamalıyıq.

 

PROFİLAKTİKA


Görmə sisteminin sağlamlığını mütəmadi olaraq izləmək  , göz xəstəliklərinin ən yaxşı profilaktikası və uğurlu müalicəsidir.

40 yaşdan yuxarı insanların göz daxili  təzyiqinin məcburi ölçülməsi ilə, ildə bir dəfə diaqnostikadan keçməsi lazımdır. Çünki bu yaş insanlarda  qlaukomanın inkişaf riski artır.


Oftalmoloq müayinəsinin orta davamiyyət müddəti 40-60 dəqiqədir. Xəstə qəbul vaxtını əvvəlcədən planlaşdırmalıdır. Müayinə zamanı  həkim göz bəbəklərini genişləndirən damcılardan istifadə edir və bu xəstənin bir neçə saat avtomobil sürmə qabiliyyətini məhdudlaşdırır.


Hərtərəfli müayinədən sonra oftalmoloq   nəticələri təqdim edir, tədqiqatın nəticələri haqqında  ətraflı məlumat  və yaxşı görmə qabiliyyəti üçün tövsiyyələrini verir.


 Xəstədə aşağıdakı simptomlar müşahidə edildikdə oftalmoloqun  təcili konsultasiyası vacibdirr:


·        Görmə kəskinliyinin itməsi, bulanıqlıq         


·        Göz bəbəyində yad cisim hiss olunduqda


·        Göz qapaqlarının şişməsi və qızartısı         


·        Göz yaşarma       


.        Gözdən irin, qan axdıqda        


·        Qaşınma, quruluq, ağrı, gözdə qızarma