OKİ Hospital -

Sahələr

Plazmaferez


Plazmaferez, ekstrakorporal qan təmizlənməsinin ən geniş tətbiq olunan metodlarından biridir.


Qanın tərkibi - qan əmələ gətirən  elementlərdən (eritrositlər, trombositlər, leykositlər) və onun maye hissəsi - qan plazmasından ibarətdir. Plazmaferez, qanın alınması, təmizlənməsi və bir hissəsinin yenidən qan dövranına qaytarılması prosedurudur.


Xəstədən müəyyən  miqdarda qan alınır və ondan zəhərli və metabolik komponentlər olan  maye hissəsi – plazma çıxarılır. Plazmaferezin terapevtik təsiri çoxşaxəlidir. Plazmaferez detoksikasiya mexanizmlərini işə salır və bununla da bədənin xarici təsirlərə qarşı müqavimətini artırır, bərpa müddətini qısaldır. 


Plazmerez qan dövranını yaxşılaşdırır, kapilyar qan axını sürətini artırır, toxuma ödemi azalır, hüceyrələrin qidalanması yaxşılaşır, lokal iltihab reaksiyaları baş verir, qan durulur.

Plazmaferez bədənin immun vəziyyətini düzəldir, stresə qarşı müqaviməti və dərman müalicəsinin effektivliyini artırır.


Bütün müalicə  metodlrında  olduğu kimi,  plazmaferez üçün də göstərişlər və əks göstərişlər var.


Plazmaferezin  aparılması üçün göstərişlər : 


·          Ürək-damar sistemi xəstəlikləri (virus xəstəlikləri,  autoimmun xəstəliklər, miokardit, ürəyin revmatik xəstəliyi, sistem vaskulit , ateroskleroz və s.);       


·          Tənəffüs sistemi orqanlarının patologiyası (bronxial astma, Vegener qranulomatozu , ağciyər fibrozu, alveolit , hemosideroz və s.);       


·          Həzm sistemi xəstəlikləri (Kron xəstəliyi, qeyri spesifik xoralı kolit, qaraciyər ensefalopatiyası və s.);       


·          Endokrin xəstəlikləri (şəkərli diabet, adrenal çatışmazlığı );       


·         Sidik yolları  xəstəlikləri (autoimmun qlomerulonefrit , ağır pielonefrit, sistit və digər yoluxucu xəstəliklər, xroniki böyrək çatışmazlığı, Goodpasture sindromu , sistemli birləşdirici toxuma xəstəliklərində ikincil böyrək xəstəliyi);       


·         Sistemli birləşdirici toxuma  xəstəlikləri (dermatomiozit, skleroderma, sistem qırmızı qurd eşənəyi, revmatoid artrit, psoriatik artrit və  s);       

·         Dəri patologiyaları  (sədəf, herpes, toksikodermiya);        


·         Allergik təbiətə malik xəstəliklər (kəskin və  xroniki ürtiker, Quincke ödemi , saman qızdırması, atopik dermatit, istilik və  soyuğa qarşı allergiya və s.);         


·         Sinir sistemi xəstəlikləri (xroniki yoluxucu xəstəliklər, dağınıq skleroz və başqaları);         


·         Göz xəstəlikləri (diabetik retinopatiya və digərləri);        


·         İşdə və evdə müxtəlif kimyəvi maddələrlə zəhərlənmə, o cümlədən dərmanın doza həddinin aşması;        


·         alkohol intoksikasiyası;         


·         Hamiləlik zamanı - plasenta çatışmazlığı, ananın  autoimmun  təbiətli  xəstəlikləri, Rh-konflikt.        


 


Bəzi hallarda plazmaferezin aparılması qəti məsləhət görülmür. Bu prosedura mütləq əks göstərişlər bunlardır: 


·         Davamlı  qanaxmalar;        


·         Beynin ağır xəstəlikləri (beyindaxili qanaxma və başqaları); 

      

·         Dekompensasiya mərhələsində ürək, qaraciyər, böyrək çatışmazlıqları; 

      

·         Kəskin psixoloji pozğunluqlar.        



Plazmaferezin aparılmasına nisbi əks göstərişlər də var.Hansılar ki,  onları plazmaferezdən əvvəl aradan qaldırmaq (kompensasiya etmək) lazımdır. Lakin təcili olaraq ehtiyac duyulduqda, yalnız  mütəxəssisin qərarı ilə bu prosedur onlara tətbiq edilə bilər. Bunlar aşağıdakılardır:


·        Qan laxtalanma sistemindəki pozğunluqlar;        


·        Hipotoniya (aşağı qan təzyiqi);        


.        Ürəyin ritm pozuntuları;        


·        Həzm traktı orqanlarının (mədə, bağırsaq)  xora xəstəlikləri;        


·        Qan plazmasının tərkibində zülalların azalması;        


·        Kəskin yoluxucu xəstəliklər;        


·        Qadınlarda aybaşı dövrü.