OKİ Hospital -

Sahələr

Evdə stasionar


    • ·         Evə həkim çağırışı

    • ·         EKQ

    • ·         Ultrasəs müayinə

    • ·         Rentgen

    • ·         Laborator  müayinələr

    • Yataq xəstələrinə qulluq , qayğı, vaxt və səylə yanaşı, müəyyən bilik və səbr  də tələb edir. Bütün bunları nəzərə alaraq,  OKİ klinikası  “Evdə stasionar” xidmətini təşkil etmişdir.

    • Xidmətlərimiz:

    • ·        xəstənin həkim və tibb bacısı tərəfindən gündəlik nəzarəti

    • ·        laborator- diaqnostik müayinələrin  aparılması

    • ·        evdə fərdi tibb bacısı postu

    • ·        feldşer xidmətləri (damcı, venadaxili və əzələdaxili inyeksiya, sidik kisəsinin kateterizasiyası)

    • ·        funksional müayinələr

    • ·        sutkalıq monitorinq

    • ·        reabilitasiya

    • Sağlam  insanın düşünmədən də həyata keçirdiyi ən sadə hərəkətlər xəstəyə böyük narahatlıqlar  yarada bilər. Yalnız təcrübəli  tibb dayəsi  xəstəyə narahatlıq yaratmadan bütün lazımi prosedurları ( bez dəyişmə, gigiyena prosedurları, alt paltar və yataq ağlarının dəyişdirilməsi və s.) icra edə bilər. Bundan əlavə, tibb dayəsi  xəstədə yataq yaralarının və digər durğunluq  əlamətlərinin  əmələ gəlməsinin qarşısını almaq üçün lazımi biliklərə malikdir.  Həmçinin tibb dayəsinin  öhdəliklərinə , həkimin bütün təyinatlarına  vaxtlı- vaxtında riayət etmək, xəstəliyin gedişatı və xəstənin vəziyyəti haqqında onun yaxınlarına və ya qəyyumlarına  məlumat vermək də daxildir. 

    • OKİ  klinikası, yüksək keyfiyyətli tibbi  və tibbi evakuasiya xidmətləri ilə yanaşı, xaricdə müalicənin ( Almaniya, Türkiyə, Rusiya və s.) təşkilində operativ xidmətləri də təklif edir.

    •  Klinikamızın xüsusiyyətləri:

    • ·        Təcrübəli heyət

    • ·        Müasir avadanlıqlar

    • ·        Sübut olunmuş tibb

    • ·        Onlayn müşahidə

    • Klinikamızın mütəxəssisləri  sizə və yaxınlarınıza hər an  peşəkar tibbi  xidmət göstərməyə hazırdır.

    • Ev şəraitində  yerinə yetirilən  ödənişli  xidmətlər:

    • ·       Rentgen  (tələb olunduqda)

    • ·       Ultrasəs müayinə (tələb olunduqda)

    • ·       Laborator müayinələr (tələb olunduqda)

    • ·       EKQ (tələb  olunduqda)

    • ·       KT  xidməti əlavə olaraq ödənişlidir  və klinikada icra olunur

    • İstifadə olunan həcmi nəzərə alınaraq  oksigen də əlavə ödənişlidir


    • Tibb  dayələrinin   qeyri-peşəkar dayələrdən üstünlükləri:

    • ·        Xəstəyə baxım xüsusi tibbi bilik tələb edir və günün 24 saatı həyata keçirilir

    • ·       Peşəkar dayə  xəstənin vəziyyətini düzgün qiymətləndirir və təşvişə düşmədən dərhal həkimi xəbərdar edir

    • ·       Hər növ inyeksiyaları yeritməyi bacarır

    • ·       Xəstənin düzgün qidalanmasına  nəzarət edir

    • ·       Müalicəvi  masaj bacarıqlarına malikdir

    • ·       Təzyiqi ölçür

    • ·       Qanda qlükozanın miqdarını ölçür  (xəstənin şəkərli diabetdən əziyyət çəkdiyi hallarda klinika qlükometrlə təmin edir ) 

    • ·       Yataq çarşaflarını xəstəyə əziyyət vermədən  dəyişir

    • ·       Lazım gəldikdə, inqalyasiyalar etməyi bacarır

    • ·       Xəstə  bezlərini dəyişdirir

    • ·       İmalə  yeritməyi bacarır

    • ·       Sutkalıq monitorinq aparır

    • Pasiyent  24 saat bizim peşəkar tibb personalımızın nəzarəti altında olacaq. 

    •