Sahələr

Tibbi sığorta

Könüllü tibbi sığorta son illərdə öz işçilərin sağlamlığının qayğısına qalan işə götürən şirkətlər üçün adi praktikaya çevrilib. Müəssisə rəhbərləri öz işçilərinə daha yaxşı iş şəraitini yaratmaq, sağlamlıqlarını qorumaq və əmək səviyyəsini artırmaq üçün büdcələrindən vəsait ayırırlar. Hamıya tanış olan İcbari Sığorta - minimal zəmanətlə tibb xidmətlərinin göstərilməsidir və ilk növbədə əhalinin sosial cəhətdən qorunmamış hissəsinə yönəlib.


Könüllü tibbi sığortanın üstünlüyü müştərinin, sığorta kompaniyasının şeçimi və müqavilənin bağlanması mərhələsindən başlayaraq arzu olunan sığorta proqramının təşkilində bilavasitə sığortalananın iştirakındadır. Tibbi xidmətlərin növünü və həcmini, həmçinin istənilən tibb müəssisəni müştəri özü seçə bilir.


Tibbi sığorta - göstərilən xidmətlərin keyfiyyətinə zəmanət, tibb müəssisənin göstərdiyi xidmətə görə maddi məsuliyyəti və pasientlərin hüquqi cəhətdən təhlükəsizliyidir.


OKİ Klinikası sığorta şirkətlərinə geniş spektorlu tibbi xidmətlər təklif edir:


ambulator xidmət


stasionar xidmət


stomatologiya (dişlərin cərrahi və terapevtik müalicəsi)


təcili tibbi yardım (insan həyatı üçün təhlükə yarandığı halda tibbi xidmətin göstərilməsi)


dərman təchizatı


hamiləliyin doğuşa qədər müşahidəsi


həkimin evə çağırışı


digər tibb müəssisələrdən olan mütəxəssislərin cəlb olunması


qabaqcadan həkimin qəbuluna yazılmaq


həkimin qəbuluna on-line yazılmaq


uzaq saytların yaradılması


dezinfeksiya və deratizasiya


iş yerlərinin attestasiyası


İşçiləriniz üçün tibbi sığorta kompleksi seçməklə Siz sığorta olunanların hər növ tibbi problemlərinin həlli istiqamətində optimal xidmətlər paketini seçə bilərsiniz. İstər işçiləriniz, istər də ailə üzvləriniz üçün müvafiq sığorta paketi seçməklə Siz yüksək səviyyəli, keyfiyyətli tibbi yardım əldə etmiş olursunuz.


Biz həftənin 7 günü, 24 saat xidmətinizdəyik!