· Xəstənin müalicəsinə hərtərəfli baxış
· Fərdi müalicə planının hazırlanması
· Mütəxəssislərlə sıx əməkdaşlıq
· Sağlam həyat tərzi üçün fərdi tövsiyələr
· Müayinə nəticələrinin dinamik izlənilməsi
· Check-Up əsnasında müayinə keçən xəstələrə dəstək
· Tibbi arayışların hazırlanması
· Terapevtin evə çağırışı
İŞİN İSTİQAMƏTLƏRİ
OKİ klinikasında terapevtlər ilkin müayinə aparır, problemi müəyyən edir və ehtiyac duyulduğu halda xəstəni dar ixtisaslı mütəxəssislərə yönəldirlər. Sağlamlığı qiymətləndirmək üçün kompleks yanaşma bir xəstəlikdən kənara çıxmağa və müxtəlif mövzularda - həyat tərzi, vərdişlər, pəhriz, kurortda müalicənin məqsədəuyğunluğu və idmana dair tövsiyələr verməyə imkan verir.
OKİ klinikasının terapevtləri aşağıdakıların diaqnostikası və müalicəsi ilə məşğul olurlar:
· Qrip və KRX
· Tənəffüs orqanları xəstəlikləri
· Həzm sistemi xəstəlikləri
· Ürək-damar sistemi xəstəlikləri
· Qaraciyər xəstəlikləri
· Metabolik xəstəliklər
· Böyrək xəstəlikləri
KOMPLEKS CHECK-UP MÜAYİNƏ
OKİ klinikası 1-2 gün ərzində bütün bədənin kompleks, hərtərəfli Check-up müayinəsini təklif edir. Proqram xəstənin sağlamlığı haqqında tam bir təsəvvür yaradır və xəstəliklərin ilkin mərhələlərində aşkarlanmasında və gələcək inkişafının qarşısının alınmasında kömək edir.
Bu vəziyyətdə həkim-terapevt prosesin koordinatoru rolunu oynayır. İlkin müayinədə xəstənin sağlamlığı ilə tanış olur, müayinə keçirir və hərtərəfli, kompleks proqram hazırlayır. Müayinə başa çatdıqdan sonra xəstəyə bütün müayinələrin təfərrüatlarını, dinamik müşahidə və sağlam həyat tərzi üçün tövsiyələri və lazım olduqda ardıcıl müalicə planını özündə cəmləşdirən bir ” Sağlamlıq Pasportu” verilir. Yoxlama
Check-up müayinənin nəticələri :
· 1 gündə bir neçə mütəxəssisin konsultasiyası
· Bütün bədənin ekspert tipli müayinəsi
· Ətraflı nəticələr və sağlamlıq vəziyyətinin yaxşılaşdırılması üçün tövsiyələr
· Xəstəliklərin erkən diaqnozu
Kompleks Check-Up müayinəsi xəstənin cinsiyyət fərqləri və yaş xüsusiyyətləri nəzərə alınmaqla hazırlanır, bədənin vəziyyətinin yüksək səviyyədə monitorinqinə və mümkün dəyişikliklərin müəyyənləşdirilməsinə imkan verir. Check-Up proqramına uyğun vaxtında aparılan diaqnostika rifahın və yüksək həyat keyfiyyətinin ayrılmaz hissəsidir.