Travmatologiya və Ortopediya şöbəsində müasir tibb avadanlıq və cihazlarından istifadə edilərək xəstəliklərin müalicəsi təcili və planlı şəkildə təcrübəli həkim-ortoped-travmatoloqlar tərəfindən həyata keçirilir.
OKİ Hospitalda oynaqların endoprotezləşdirilməsi (artroplastikası), artroskopik cərrahiyyə, yuxarı və aşağı ətrafların, çanağın qapalı və açıq üsulla osteosintezi, yuxarı və aşağı ətrafların əyriliklərinin-deformasiyalarının korreksiyası, yumşaq toxuma əməliyyatları, əl və mikrocərrahiyyə və s. bu kimi əməliyyatlar uğurla icra olunur.
Artroskopik diaqnostika və cərrahi əməlliyatlar
Dizdə artroskopik meniskektomiya (bərpası mümkün olmayan menisklərin artroskopik üsulla çıxarılması)
Artroskopik menisk yırtıqların bərpası
Artroskopik oynaqdaxili yad cisimlərin çıxarılması və bağların təmiri
Artroskopik osteonekrozların (oynaq qığırdağı zədələnmələri) təmizlənməsi və qığırdaq köçürülməsi
Topuq və dirsək oynaqlarının artroskopiyası
Ağır və fəsadlaşmış sınıqların qapalı-malinvaziv və açıq üsullarla cərrahi müalicəsi
Metal lövhə, qapalı intramedulyar sistem və xaricdən fiksatorlarla osteosintez (sümük tamlığının bərpası) usulları
Osteoporozun (sümük kütləsinin azalması) diaqnostika və müalicəsi
Artrozların (oynaqların duzlaşması) konservativ və cərrahi müalicəsi
Oynaqların (bud-çanaq, diz, çiyin, dirsək) endoprotezlərlə (süni oynaqlarla) əvəz edilməsi
Vertebral cərrahiyə (fəqərə sınıqları, skolioz və kifozların cərrahi müalicəsi)
Əl cərrahiyyəsi
Bərpaedici vətər və sinir əməliyyatları
Müxtəlif lokalizasiyalı sümük şişlərinin radikal çıxarılması
Sümüklərin uzadılması əməliyyatları
Ətraflarda deformasiya və qüsurların cərrahi müalicəsi