OKİ Hospital

Klinika xəbərləri

RİH başçısı Sahir Məmmədxanov OKİ Hospitalı ziyarət edib

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov Rayonda fəaliyyət göstərən tibb müəssisələri ilə tanış olub.

RİH başçısı Qusar şəhərində fəaliyyət göstərən OKİ Hospitalı ziyarət edib, hospitalın diaqnostik-poliklinik kompleksi, stasionar şöbə, əməliyyat bloku, eləcə də şimal regionunda yeganə olan Ürək-Damar Mərkəzi ilə tanış olub. Rayon rəhbərliyinə İnvaziv Kardiologiya şöbəsində icra edilən Koronar və Periferik angioqrafiya, Angioplastika xidmətləri, həmçinin mərkəzdə peşəkar kardiocərrahlar briqadası tərəfindən icra edilən unikal ürək əməliyyatları haqqında geniş məlumat verilib. OKİ Hospitalın rəhbəri Dr. Malik Kərimov gələcəkdə planlaşdırılan və həyata keçirilməsi nəzərdə tutulan tədbirlər haqqında məlumat verərək bu istiqamətdə rayon rəhbərliyinin dəstəyinə ümid bəslədiyini bildirib. Hospitalın personalı ilə söhbət zamanı icra başçısı regionlarda müasir tələblərə cavab verən tibb müəssisələrinin əhalinin sağlamlığının qorunmasında mühüm rol oynadığını qeyd edib və mərkəzin əməkdaşlarına çətin işlərində uğurlar arzulayıb.