OKİ klinikası “Online Konsultasiya” layihəsinə start verib
OKİ klinikası artıq sizə daha yaxındır!
OKİ klinikası “Online Konsultasiya” layihəsinə başlamışdır. Mövcud epidemioloji vəziyyətdə sağlamlığınızı təhlükə altında qoymamaq üçün, onlayn video konsultasiya xidmətimizdən istifadə edə bilərsiniz. ” Onlayn Konsultasiya” layihəsi çərçivəsində xəstələr video əlaqə vasitəsi ilə həkimlə əlaqə saxlaya bilərlər. Yeni xidmətin istifadəsi həm həkim, həm də xəstə üçün çox rahat və əlverişlidir.
Onlayn konsultasiyaya yazılmaq üçün nə etmək lazımdır? Klinikaya zəng edin, konsultasiya üçün əlverişli vaxtı seçin. Razılaşdırılmış vaxtda klinikaya gəlmədən, evdə və ya işdə qalmaqla, yalnız sizə göndərilən linkdən istifadə edərək, seansa qoşulmağınız lazımdır. Konsultasiyada həkiminizə sağlamlıq bağlı problemlərinizi ətraflı izah edin. İlkin müayinədən sonra , lazımi diaqnostik testləri keçə, xəstəyə evdə oksigen tədarükünü təşkil edə bilərsiniz. Laborator müayinələrin nəticələri elektron poçt ünvanınıza göndəriləcək. Elektron video əlaqə vasitəsilə yenidən həkiminizlə danışaraq son rəyinizi ala bilərsiniz.