Qusarda minlərlə addım sağlamlıq və birliyə doğru atıldı
- 28 may tarixində Qusar şəhərində METAK şirkətinin baş sponsorluğu, Qusar Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Zirvəyə Doğru" adlı böyük qaçış yarışı keçirildi!
- ⠀
- Yarış iştirakçıları Qusar Rayon İcra Hakimiyyətinin binası qarşısından start götürüblər. Onlardan bir hissəsi 11 km-lik marşrutu 3 dəfə, digərləri isə 22 km-lik məsafəni 6 dəfə dövrə vuraraq başa çatdırıblar.
- Yarışa qatılmaq üçün öncədən qeydiyyatdan keçən 700 nəfərin arasında ən gənc iştirakçı 15, ən yaşlısı isə 75 yaşında olub. Bu fakt yarışın nə qədər geniş və hər kəsə açıq olduğunu göstərir.
- Yarışın sonunda kişi və qadınlar arasında müxtəlif məsafə və yaş qrupları üzrə I, II, III yerləri tutan qaliblər müəyyən olunub. Onlara pul mükafatları və qiymətli hədiyyələr təqdim edilib.
- “Zirvəyə Doğru” marafonu təkcə idman yarışması yox, həm də birlik və dostluq tədbiri oldu. Fərqli yaşlardan olan insanların bir məqsəd uğrunda birləşməsi, dövlət və özəl qurumların əməkdaşlığı bu tədbiri daha da mənalı etdi.
- ⠀
OKI Hospital yarışın rəsmi tərəfdaşlarından biri olaraq tədbirdə tibbi müşayiət xidmətini təmin etdi. Əməkdaşlarımız tərəfindən iştirakçılara zərurət yarandıqda peşəkar tibbi yardım göstərildi.
Yarışın bütün qaliblərinə OKİ Hospitaldan tibbi check-up sertifikatları hədiyyə olundu.
- OKİ Hospital komandası olaraq biz sağlam həyat tərzinin və idmanın təşviqinə yönəlmiş bu cür təşəbbüslərə daim dəstək verməyə hazırıq!