OKİ Hospital

Klinika xəbərləri

OKİ Hospitalda “Tibbdə Ünsiyyət Bacarıqları” mövzusunda təlim keçirildi

Təlim zamanı pasiyentlə ünsiyyətin beynəlxalq standartlara uyğun qurulması və peşəkar bacarıqların inkişafı müzakirə olundu

Bu gün OKİ Hospital-ın tibbi qeydiyyat bölməsinin tibbi koordinatorları və tibb bacıları üçün "Tibbdə Ünsiyyət Bacarıqları" mövzusunda təlim keçirildi. Təlimin məqsədi – xəstə ilə ünsiyyət qaydalarının beynəlxalq standartlara uyğunlaşdırılması və bu sahədə peşəkar bacarıqların inkişaf etdirilməsi idi.


Təlim zamanı iştirakçılara beynəlxalq tələblər nəzərə alınmaqla aşağıdakı mövzular üzrə ətraflı məlumat verildi:

Tibbi qeydiyyatçının prioritet rolları və məsuliyyətləri

Pasiyent ilə mərkəzləşmiş ünsiyyət

Pasiyent mərkəzli model

Münasibətlər (məxfilik, şəxsi görünüş)

Pasiyent ilə yaranan ünsiyyət çətinliklərinin idarə olunması

Pasiyenti anlamaq prinsipinin ən vacib şərtləri

Dörd bioetik prinsipə əməl etmək

SBAR-söhbətləri çərçivəyə salmaq qaydası nəyə əsaslanır?

Ünsiyyət üslubunun tənzimlənməsi nəyə əsaslanır?



Unutmayaq ki, əsl komanda ruhu bütün üzvlərin ümumi məqsədə doğru birlikdə irəlilədikdə yaranır.


Təlimçi: MediClub MMM-nin tibbi təhsil və tədris üzrə meneceri Şirinov Sevindik.