“OKİ” Hospital MMC-nin İnteqrir İdarəetmə Sistemi üzrə Siyasəti
“OKİ Hospital”ın Ali Rəhbərliyi, tibb sahəsində kompleks xidmətlərin göstərilməsi çərçivəsində aşağıda qeyd olunanları prioritet olaraq müəyyən etmişdir:
İş fəaliyyətinin, Azərbaycan Respublikasının qanunvericiliyinin, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin, daxili normativ sənədlərin və Nizamnamənin tələbləri əsasında həyata keçirilməsinin təmin edilməsi;
Maraqlı tərəflərin ehtiyac və gözləntilərinin, həmçinin şikayətlərinin hərtərəfli öyrənilməsi, təhlili, qiymətləndirilməsi və müəyyənləşdirilmiş öhdəliklər əsasında məqsəd və hədəflərin təyini və həyata keçirilməsi ilə Cəmiyyətin rəqabətə davamlılığının təmin edilməsi;
Cəmiyyətin idarəetmə sisteminin, ISO/EN və kontekstin inkişafı tendensiyasından asılı olaraq digər beynəlxalq standartların tələbləri əsasında tətbiqi və inkişafının təmin edilməsi;
Səriştəliliyin zəruri səviyyəsinin təmin edilməsi və artırılması istiqamətində səylərin cəmləşdirilməsi. Bunun əldə edilməsi üçün xüsusi ilə tibbi və digər zəruri işçi heyətinin ixtisas yönümlü biliklərinin fasiləsiz artırılmasının və klinikanın ümumilikdə intelektual potensialının inkişafının təmin edilməsi;
Yeni üsul və metodların inkişafı, beynəlxalq statuslu sənədlərin, ədəbiyyatın araşdırılması, səhiyyə sahəsində dünya miqyasında baş verən yeniliklərin sıx izlənməsi, təhlilinin aparılması və sınaqdan keçirilməsi ilə tətbiqində yüksək nailiyyətlərin əldə olunmasının təmin edilməsi;
Fəaliyyət nəticələrinin yaxşılaşdırılması məqsədilə İS-in yararlılığının, adekvatlığının və effektivliyinin davamlı olaraq təkmilləşdirilməsi üzrə tədbirlərin planlanması, yerinə yetirilməsi və zəruri resurslarla təmin edilməsi.
“OKİ Hospital”ın direktoru, Kərimov M.Q.