Diaqnostika

Kolposkopiya

Kolposkopiya, həkim-ginekoloqun vulva, uşaqlıq yolunun divarları və uşaqlıq boynunu müayinə etdiyi ginekoloji diaqnostika üsuludur. Bu məqsədlə, ginekoloq xüsusi cihaz olan kolposkopdan istifadə edir. Kolposkop vaginanın görüntüsünü on qat böyüdən və müntəzəm müayinə zamanı həkimin görə bilmədiklərini göstərən xüsusi bir cihazdır.


Kolposkopiyanın məqsədi patoloji nahiyyələri təyin etmək, uşaqlıq boynu xərçəngi və xərçəngönü xəstəlikləri və uşaqlıq boynu eroziyanı müəyyən etməkdir.


Prosedurun üstünlükləri:


•       Prosedur qeyri-invazivdir       


•       Yüksək dəqiqlik        


•       Nəticə tədqiqatdan dərhal sonra məlum olur        


•       Manipulyasiyanın  davamiyyəti 3 dəqiqəyə qədər  çəkir


•       Ağrısızdır