OKİ Hospital - Kaoronar KT Angioqrafiya – Ürək damarlarının dəqiq və təhlükəsiz diaqnostikası | OKI Hospital

Diaqnostika

KT-koronar angioqrafiya

KT-koronar angioqrafiya - ürək damarlarının vəziyyətini qiymətləndirmək üçün istifadə edilən qeyri-invaziv diaqnostika üsuludur. Bu müayinə koronar arteriyaların strukturunu ətraflı və dəqiq şəkildə vizuallaşdırmağa imkan verir.

Prosedur zamanı damar daxilinə kontrast maddə yeridilir, bu da damarların daralması (stenoz), kalsium yığıntıları və digər patologiyaları aşkarlamağa kömək edir. Nəticədə, ürək damarlarının üçölçülü təsviri əldə olunur.

Bu üsul sürətli, ağrısız və xəstəxanaya yatış tələb etməyən bir prosedurdur və invaziv kateter angioqrafiyasına alternativ hesab olunur.


Müayinə Siemens Somatom Go. All (64 slice) cihazında aparılır.


Əsas xüsusiyyətləri:

•       Metod: Kontrast maddənin venadaxili yeridilməsi ilə aparılan kompüter tomoqrafiyası (KT)

Qeyri-invazivlik: Arteriyaya kateter yeridilməsinə ehtiyac yoxdur

Məqsəd: Koronar arteriyalarda daralma, tıxanma və digər problemləri ətraflı göstərmək

Nəticə: Ürək damarlarının üçölçülü təsvirlərinin əldə edilməsi

Müddət: Skan prosesi təxminən 10 -15 dəqiqə çəkir


Üstünlüklər:

Qeyri-invaziv: Kateterizasiyaya ehtiyac yoxdur

Sürətli: Ənənəvi angioqrafiyaya nisbətən daha qısa zamanda aparılır

Təhlükəsiz: İnziv metodlarla müqayisədə fəsad riski çox azdır

Dəqiqlik: Həm kalsifik, həm də yumşaq plakları aşkar etməyə imkan verir