OKİ Hospital -

Diaqnostika

Mammoqrafiya

Mammoqrafiya – süd vəzilərinin və regionar limfa düyünlərinin rentgenoloji müayinə üsuludur. Rentgenoqrammada piy və birləşdirici toxumaların, vəzili elementlərin quruluşu, qan damarlarının kölgəsi vizualizasiya olunur. Mammoqrafiya bədxassəli şişlərin, mastopatiya və kistanın diaqnostikasında informativ sayılır. Mammoqramma vəzinin kompressiya şəraitində yan, düz və çəp proyeksiyalarda çəkilən təsvirdir.


           


Yeni Siemens MAMMOMAT Revelation cihazı mühüm detalları müəyyən etməyə və xəstəliyi erkən mərhələlərdə aşkar etməyə imkan verir ki, bu da müalicənin daha effektiv olmasına şərait yaradır.


MAMMOMAT Revelation mammoqrafı, Siemens Healthineers-in 50⁰ bucaq altında tomosintez funksiyası ilə süd vəzisinin diaqnostikanın dəqiqliyini artırmağa imkan verir.


Siemens MAMMOMAT Revelation mammoqrafının xüsusiyyətləri:


HD Breast Biopsy rejimində biopsiya, InSpect funksiyası ilə

Mammoqrafik cihazda birbaşa nümunənin 20 saniyə ərzində skan edilməsi.


Bir düymə prinsipi

Bir düymə ilə funksiyaların çağırılması prinsipi sayəsində MAMMOMAT Revelation cihazı, həkimlərə sistemə deyil, xəstələrə daha çox diqqət yetirməyə imkan yaradır.


MAMMOMAT Revelation mammoqrafı ilə 50⁰ bucaq altında süd vəzi biopsiyası HD Breast Biopsy rejimində.


SoftComp lövhələri

Yumşaq kənarları və süd vəzisi üçün optimallaşdırılmış forması sayəsində xəstələr üçün yüksək rahatlıq və asan yerləşdirmə imkanı.


Fərdiləşdirilmiş yumşaq kompressiya

Optimal görüntülər əldə etmək üçün yalnız lazımi dərəcədə kompressiyanın tətbiq edilməsi.


MoodLight texnologiyası

sayəsində müayinə rahat və sakitləşdirici atmosferdə aparılır.


Insight Breast Density funksiyası

Tam formatlı rəqəmsal mammoqrafiya və tomosintez zamanı süd vəzisi sıxlığının tam obyektiv həcmli qiymətləndirilməsi sayəsində risklərin anında stratifikasiyası imkanı.      


TICEM metodu ilə əlavə diaqnostik məlumatların əldə edilməsi.